Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurməhəmmədov çempion kəmərindən məhrum edilə bilər - UFC-nin prezidenti

Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər

Bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib.

"Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz", - Uayt bəyan edib.

UFC prezidenti həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqorun komandasının nümayəndələri arasında kütləvi dava Las-Veqasda UFC 229 turnirinin əsas döyüşündən sonra baş verib.

Nurməhəmmədov oktaqondan kənara keçib irlandiyalının nümayəndəsinin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar