Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanabənzər robot tikinti işlərində kömək edəcək

Yaponiya Milli Qabaqcıl Sənaye Elm və Texnologiyalar İnstitutunun (AIST) mühəndisləri tikinti ilə bağlı müxtəlif işləri yerinə yetirə bilən insanabənzər "HPR-5P" robotunu hazırlayıblar

Milli.Az ICTnews-a istinadən bildirir ki, "HPR-5P" robotu ev işlərində kömək edən robotların hazırlanması üçün istifadəyə verilən "Humanoid Robotics Project" layihəsi çərçivəsində yaradılan modelin yenilənmiş versiyasıdır. Bu seriyanın ilk robotu "Honda P3" robotunun tam oxşarı olub. Onun əsasında "Honda" şirkətinin mühəndisləri tərəfindən məşhur "ASIMO" robotu ərsəyə gətirilib.

Məlumata görə, robotun boyu 182 santimetr, çəkisi isə 101 kiloqram təşkil edir. Yenilənmiş versiya robotun fiziki imkanlarını artırmağa imkan verən daha güclü elektromotorlarla təchiz edilib. Məsələn, "HPR-5P" əli tam açıq vəziyyətdə 2,9 kiloqramlıq yükü saxlaya bilir. Robotun başında kamera və digər ötürücülər quraşdırılıb. Onlar vasitəsilə robot əhatə edən məkanın daim yenilənən həcmli xəritəsini yaradır.

Robotun bacarıqlarını nümayiş etdirmək üçün tədqiqatçılar tərəfindən taxta karkas yığılıb. Robot sonradan karkas üzərinə alçıpan təbəqələri vuraraq onları şurup bağlayan drel vasitəsilə bərkidib.

pia.az


Etiket: Robot Tikinti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar