Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyi ABŞ Senatında müzakirə olunub

ABŞ Senatının Xarici işlər komitəsi Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyini müzakirə edib

Müzakirə zamanı diplomat bu vəzifəyə layiq görüləcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı manefələri üçün səylə çalışacağını bildirib.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz üçün, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, - Ö.Litsenberger qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub”. Namizəd Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Ö.Litsenberger qeyd edib ki, Minsk qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Ötən ay ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülmüş Ö.Litsenberger Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, Azərbaycandakı səfir vəzifəsinin icrasına başlaya biləcək.(virtualaz.org)

pia.az


Etiket: Örl Litsenberg

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar