Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin qalmaqallı pensiya qanununu imzaladı

Rusiyada təqaüd yaşı artırıldı

Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə pensiya yaşının 5 il artırılmasını nəzərdə tutan qeyri-populyar qanunu imlzalayıb.

Bu bəyanat oktyabrın 3-də Rusiya parlamentinin üst palatası – Federasiya Şurası sözü gedən qanunu 149 leyhinə, 5 əleyhinə nisbəti ilə qəbul edəndən bir neçə saat sonra verilib. Üç nəfər bitərəf qalıb.

Sentyabrın sonlarında parlamentin alt palatası – Dövlət Duması pensiya islahatı haqqında qanunu Putinin təklifi ilə birlikdə qəbul etmişdi. Putin qadınlar üçün pensiya yaşının qanun layihəsində nəzərdə tutulduğu kimi 7 il deyil, 5 il artırılmasını təklif etmişdi.

Qanuna görə kişilər üçün pensiya yaşı tədricən artırılaraq 60-dan 65-ə, qadınlar üçünsə 55-dən 60-a çatdırılmalıdır. Bu qanun layihəsi Putin dördüncü müddət prezidentlik üçün and içdikdən bir ay sonra təqdim olunmuşdu. Konstitusiyaya görə bu, Putinin sonuncu prezidentlik müddəti olmalıdır.

Putin və onun hökuməti əvvəlki illərdə bu kimi qeyri-populyar tədbirlərin görülməsindən çəkinirdi.

Ötən iyun ayında Dmitri Medvedev pensiya yaşının artırılmasına dair qanunvericilik planlarının olduğunu elan edəndən sonra Rusiya boyunca buna qarşı etiraz aksiyalarının dalğası başlanmışdı.

Putin nəhayət vəziyyətə müdaxilə edərək avqustun 29-da çıxış etmiş, qadınlar üçün pensiya yaşının qanun layihəsində olduğu kimi 63 yox, 60 yaş olmasını təklif etmişdi.

pia.az


Etiket: Putin Pensia

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar