Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətaidə yüksək bal toplayan məzunlarla görüş keçirildi

Хətаi Rayon İcra Hakimiyyəti rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirərək, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirilib

PİA.AZ xəbər verir ki, rayon rəhbərliyi, 650 baldan yüksək nəticə göstərmiş məzunlar, onların valideynləri və orta ümumtəhsil məktəblərinin müəllimləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib ulu öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

İcra hakimiyyəti aparatının akt zalında davam edən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirib ki, gənclərimizin yüksək ali təhsil alması müstəqil Azərbaycanın tərəqqi və inkişafının davamlı olmasına zəmanətdir. “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt son 15 ildə Prezidenti İlham Əliyev tərəfindən daha böyük uğurla davam etdirilir. Ölkəmizdə son 12 ildə 3500-dən yuxarı müasir məktəb binasının tikintisi və tam əsaslı təmiri buna əyani sübutdur”.

Razim Məmmədov qeyd edib ki, bütün regionlarda olduğu kimi, Xətai rayonunda da təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi tədris ilinin yekununda yüksək nəticələrin əldə edilməsinə zəmin yaradıb.

Natiq əldə edilən nəticələrdən söz açaraq bildirib ki, ötən tədris ilində rayon üzrə orta təhsili başa vuran 2457-i məzundan 12-si qızıl medala layiq görülmüşdür. Ali məktəblərə sənəd vermiş 2167 məzundan 1686-sı uğurlu nəticə göstərərək tələbə adı qazanmışdır. İki məzunumuz – 29 saylı tam orta məktəbin məzunu Nərmin Arzuman qızı Balakişiyeva və 58 saylı tam orta məktəbin məzunu Sona Ağəmi qızı Mehdizadə ən yüksək bal – 700 balla, 71 məzunumuz isə 650 baldan yuxarı nəticə ilə bu ada sahib olmuşlar. Ən yüksək nəticə göstərmiş 6 məzunumuz Dövlət başçısının müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

İcra başçısı çıxışında qəbulda yüksək nəticə göstərən orta ümumtəhsil məktəblərinin adlarını da xüsusi qeyd etdi və bildirdi ki, Xətai rayonu tələbə qəbulunda ötən ilkindən 3,4 faiz çox - 77,8 faiz nəticə göstərərək yenə də republika üzrə birincilər sırasına çıxmışdır. Bu göstəricələr məzunlarımızla yanaşı, müəllimlərimizin də böyük zəhmət sərf etdiyindən xəbər verir.

Toplantıda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisinin deputatı YAP Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli, H.Əliyev adına liseyin direktoru Sevinc Orucova, 147 saylı Texniki -Humanitar liseyin direktoru Arif Əsədov, valideynlər çıxış edərək bildirdilər ki, bu gün, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdı.

##relatedPostMilli##

Sonda Xətai rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış məzunlara və yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə, həmçinin, qarşıdan gələn Müəllimlər günü münasibətilə rayonun ictimai həyatında fəallığı ilə fərqlənən müəllimlərə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olunub.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında 31 iyun 2018-ci il tarixli 371 saylı Sərəncamına əsasən “Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət Qulluğunda Fərqlənməyə Görə ” medalı ilə təltif olunan aparatın sektor müdiri Lalə Cəfərova çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar