Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş infeksionist açıqladı - Azərbaycanda son günlər yayılan virus qrip deyil

Son günlər ölkəmizdə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə xəstəlik qripə bənzəsə də, qrip virusu deyil

Respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib: “Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.

Həkim-infeksionistin verdiyi məlumata görə, virusla əlaqədar hələlik müalicə müəssisələrinə müraciət edən olmayıb. Xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib: “Bu isə daha çox qidalanmadan asılıdır. Orqanizmə daxil olan hər virus xəstəlik törətmir və burada hər kəsin fərdi xüsusiyyəti əsas rol oynayır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.(Azərtac)

pia.az


Etiket: Yayılan virus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar