Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “Ermənistanda hərbi çevriliş baş verə bilər”

Politoloq Azərbaycan hökumətini hər bir ssenariyə hazır olmağa çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur. O, Yerevanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər”.

Bu barədə politoloq Elxan Şahinoğlu Ermənistanda cərəyan edən siyasi prosesləri şərh edərkən deyib. Onun qənaətinə görə, Paşinyan erkən seçkini may ayına saxlamamağın fərqində olduğunu anlayır:

“Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir”.

E.Şahinoğlu müxalif qüvvələrin zəif olmadığını düşünür: “Parlamentdəki Respublika Partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək”.

Politoloq Paşinyanın ağır durumda olduğunu qeyd edir. Onun sözlərinə görə, baş nazir bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən, qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir. Həmçinin Paşinyanın adminstrativ resursları da kifayət qədər deyil.

E. Şahinoğlu bu səbəblərə görə Ermənistanda hərbi çevrilişi istisna etmədiyini vurğulayıb:

Robert Koçaryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onlar bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petrosyandan fərqli olaraq Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq”.

Elxan Şahinoğlu Azərbaycanın yaxın aylara görə planlarını hazırlamalı olduğunu deyir: “Ermənistanda bütün seenarilərə hazır olmalı və bundan öz məqsədlərimiz üçün istifadə etməyi bacarmalıyıq”. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar