Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın "ölümcül və unudulmaz" qisası necə olacaq?

Əhvazda törədilən terror - Təhlil

Şahir Şahidsaless

“Middle East Eye”

Sentyabrın 22-də İranın zəngin cənub-qərbindəki Xuzestan əyalətinin paytaxtı Əhvaz şəhərində baş vermiş terror hücumu ölkəni sarsıdıb. Ən azı 29 nəfər həlak olub, 70 nəfər yaralanıb. İŞİD və əvvəllər adı məlum olmayan “Əhvaz Milli Müqavimət Hərəkatı”na daxil olan qruplar, dörd terrorçunun heç bir təşkilata daxil olmadığı barədə möhtəkirlik edərək, məsuliyyəti öz üzərinə götürüb.

İranda ilk təpki “dərin dövlət”in qeyri-rəsmi sözçüsü sayılan gündəlik “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədaridən gəlib. Son məqaləsində o, Səudiyyə Ərəbistanı başda olmaqla, düşmənlərə istinad edərək deyir: “Nə üçün onların hərbi və təhlükəsizlik rəsmiləri intiqam alovundan kənarda qalmalıdır?.. Hətta öz kölgələrindən qorxmalı olan bu adamları İranın fədakar tərəfdarları hər yerdə izləyəcəklər”.

Sentyabrın 28-də Tehranda İslam İnqilabçı Keşikçiləri Korpusunun (İİKK) generalı Hüseyn Salami Səudiyyə və BƏƏ-yə istinadən deyib: “Siz şüşə evdə oturmuşsunuz və İran xalqının intiqamından qurtula bilməyəcəksiniz”.

Səudiyyə Ərəbistanının rolu

Səudiyyənin ittihamlanması əsassız deyil. Ərəbistanının 33 yaşlı de-fakto hökmdarı Məhəmməd bin Salman Yəməndə və Suriyadakı möhtəşəm fiaskolardan sonra Riyadın şöhrətini bərpa etmək üçün ölkəsini İranla müharibənin eşiyinə aparmağı düşünür; Qətəri diz çökdürməyə çalışır.

Onun iddialı iqtisadi islahatları qeyri-müəyyənliyə bələnib, çünki atası kral Salman “Aramco”-nun özəlləşdirilməsini dayandırıb.

2017-ci ilin mayında Məhəmməd bin Salman yüksək səslə və açıq şəkildə deyib: “Müharibənin Səudiyyə Ərəbistanında getməsini gözləməyəcəyik. Bunun əvəzinə biz döyüşü İran ərazisində aparmağa çalışacağıq”.

İranlı liderlər Əhvaz hücumunun baiskarları kimi, Səudiyyəni, sonra BƏƏ, İsrail və ABŞ-ı nəzərdən keçirir. Lakin terakta görə konkret hansı qrupun məsuliyyət daşıdığına dair dəqiq bir cavab yoxdur.

İranın lideri Ayətullah Əli Xamnəinin sözlərinə görə, “terrorçuların bu cinayəti regiondakı ABŞ dəstəkli kukla hökumətlərin sui-qəsdinin davamıdır”. Daha sonra o əlavə edib: “Terroristlərin əlləri Səudiyyə və Əmirliklərin cibindədir”.

İran prezidenti Həsən Ruhani “Fars körfəzinin cənubundakı ölkələrdən biri”ni terrorçulara maddi, logistik və siyasi dəstək verməkdə ittiham edib. “Regiondakı bütün kukla dövlətlər [ABŞ] tərəfindən dəstəklənir və onları [İrana qarşı hərəkət etməyə] təşviq edən ABŞ”dır.

Hiddətin kollektiv bəyanında iranlı liderlər intiqamla təhdid edib. Bir çox müşahidəçi sui-qəsd siyahısının başında duran Səudiyyə Ərəbistanına qarşı İranın regional müharibə aparacağına dair qətiyyətli nəticəyə gəlib. Bəzi ekspertlər hətta iddia edib ki, Səudiyyənin məqsədi İranı ABŞ-la müharibəyə təhrik etməkdir. Amma İran, ölkənin hər küncündən Səudiyyəni hədəf alan ifadələrə baxmayaraq, Səudiyyə Ərəbistanı və ya BƏƏ-yə təpki vermir.

Total müharibədən yayınma

Radikal şifahi duruşa baxmayaraq, praktikada İranın düşmən hərəkətlərinə münasibəti həmişə hesablanmış, ehtiyatlı və səbirli olub. Hər bir vəziyyətdə hökumət nə ediləcəyinə qərar verərkən, qisasın müharibəyə səbəb olmamasına diqqət yetirir.

1998-ci ilin avqustunda, “Taliban”ın hakimiyyəti dövründə Əfqanıstanda silahlı adamlar Məzari-Şərifdəki İran konsulluğuna hücum edib və 10 diplomatı öldürüb. Əfqanıstan sərhədində on minlərlə iranlı əsgər “Taliban” üzərinə tammiqyaslı hücum üçün hazırlanıb, amma Xamnəi onu dayandırıb. “Əfqanıstan bataqlığa bənzəyir: içinə girən hər kəs zərərsiz çıxa bilməyəcək”.

Amma iranlılar bu hadisəni heç vaxt unutmayıb və üç il sonra qəribə bir ittifaq formalaşdırıb: İran qüvvələri və onların əfqan vəkilləri “Taliban”ı devirmək üçün ABŞ ordusu ilə çiyin-çiyinə döyüşüblər.

Digər bir hadisə: iyul ayında İrandakı kürd separatçıları ən az 10 İran sərhədçisini öldürüb. Sentyabrın əvvəlində İİKK İraqdakı müxaliflərin bazasını hədəf alan raket hücumunu həyata keçirib. İran bu hərəkətin İraqın Kürdüstanında və ya İraq hökumətində hərbi təpki doğurmayacağına əmin olub.

2010-2012-ci illərdə dörd İran nüvə alimi öldürüldüyü zaman İran hücumların İsrailin işi olduğuna inandıqda, dəfələrlə “möhkəm, həlledici və sarsıdıcı” intiqamla təhdid edib. İİKK-nın ikinci komandanı Hüseyn Salaminin qeyd etdiyi kimi: “Yalnız onlar [israillilər] alimlərə sui-qəsdlə bağlı necə cavab verdiyimizi bilirlər. Biz bunu bəyan etmirik. Amma bundan sonra nüvə alimlərimizi öldürməyi dayandırıblar”.

“Ölümcül və unudulmaz intiqam”

İran nüvə alimlərini qisasını necə aldı?” adlı hesabatında, təhlükəsizlik-hərbi aparata yaxın olan “Mashregh News” saytı yazıb: “Yəqin ki, Salami 2014-cü il mayın 4-də Brüsseldə yəhudi muzeyindəki hadisəni nəzərdə tuturdu… 2008-ci ildə “Hizbullah”çı İmad Muğniyəyə sui-qəsdində iştirak edən iki “Mossad” zabiti həmin əməliyyat zamanı öldürülüb”.

Salaminin iddiası doğru olsa belə – o, İran sistemində ən ritorik şəxsiyyətdir və istənilən insidentin ustasıdır, – hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı bir təxribatdan uzaq durub.

Digər bir nümunə: 2015-ci ildə Suriyadakı Şərqi Colan Təpələrində İsrailin hava hücumu “Hizbullah”ın altı döyüşçüsü və yüksək səviyyəli İİKK generalının ölümü ilə nəticələnib. Hücumdan sonra İİKK komandiri Məhəmməd Əli Cəfəri yazıb: “Sionistlər şimşəklə məhv edilməyi gözləyirlər”. On gün sonra “Hizbullah” İsrailin Şeba fermasında bir əsgər konvoyuna qarşı pusqu qurub və İran mətbuatının yazdığına görə, 15 İsrail əsgəri öldürülüb.

Yenə də İran İsraillə müharibəyə səbəb ola biləcək birbaşa münaqişədən çəkinib.

Əhvaz hadisəsi sonrasında qətiyyətə gəldikdə, rəsmi ifadələr konkret şəkildə Səudiyyə Ərəbistanı və digər düşmənləri nəzərdə tutmayıb. Xamnəi bəyanatında deyib: “Kəşfiyyat təşkilatları mütəmadi olaraq cinayətkarların qalan hissəsini izləyib həbs etməli və onları ədalət mühakiməsinə təhvil verməlidirlər”.

İİKK isə bildirib: “terrorçu liderlərinin… təqibi davam etdiriləcək və yaxın gələcəkdə onlardan ölümcül və unudulmaz bir intiqam alınacaq”.

Qisas?

İranın necə qətiyyətli olacağı bu günlərdə aydın olub.

##relatedPostMilli##Oktyabrın 1-da “Məhərrəm zərbəsi” adlandırılan əməliyyatda, İranın qərbindəki İİKK-yə məxsus raket bazasından altı ortamənzilli ballistik raket buraxılıb. Daha sonra 8 dron Suriyadakı terrorist mövqelərini bombalayıb.

Bu, Əhvaz terroruna “dərin dövlət”in münasibətini əks etdirən qəzəbli hərəkətidir.

Qeyd edək ki, keçən ilin noyabr ayında “Əhvaz Azadlıq Hərəkatı”nın (ASMLA) qurucusu Əhməd Molla Nissi Hollandiyada, evinin qarşısında sui-qəsdlə öldürülüb.

Tərcümə: Strateq.az

pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar