Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan-Sarkisyan döyüşünün son raundu - Ermənistanda inqilaba yenidən start verildi

“Növbədənkənar parlament seçkilərinin keçirilməməsi Ermənistandakı gedişata və Dağlıq Qarabağ münaqişənin həllinə yaxşı təsir etməyəcək”

“İndiki şəraitdə Paşinyan qanun çərçivəsində hərəkət etməyə çalışır, amma önümüzdəki vaxtlarda qanundan kənar addımlar ata bilər”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı yeni şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyanla Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan arasında görüş baş tutub. Görüş zamanı növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. Təxminən yarım saat çəkən görüşün nəticəsi olaraq, Ermənistanın hazırda parlament çoxluğuna sahib olan Respublika partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə çıxıb. Partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan baş nazir Nikol Paşinyanla görüşdən sonra bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi konstitusiyaya ziddir və seçkilər vaxtında, yəni 2022-ci ildə keçirilməlidir.

Paşinyan isə öz növbəsində Respublika partiyasının bu qərarı ilə razılaşmayıb və partiyanı özünü qeyri-konstruktiv aparmaqda günahlandırıb. “Əgər partiya üzvlərinin açıqladıqları fikirlərə nəzər salsaq görərik ki, onlar parlamentə seçkilərin yalnız 2022-ci ildə keçirilməli olduğunu bildirirlər. Belə yanaşma qeyri-konstruktivdir. Xalq növbədənkənar seçkilər tələb edir”, deyə fikirlərini bildirən Paşinyan lazım gələrsə, hətta parlamentdənkənar güclərlə də görüşəcəyini vurğulayıb.

Bir qədər sonra isə ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərə növbədənkənar parlament seçkilərinin bu ilin dekabr ayında keçiriləcəyini bildirib. Nikol Paşinyan bildirib ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə fərmanlar qüvvəyə mindikdən sonra istefaya gedəcək və beləliklə parlamentin buraxılması üçün əsas yaranacaq.

Lakin Paşinyanın bu addımından sonra Respublika Partiyasının çoxluq təşkil etdiyi Ermənistan parlamenti növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib. Bu isə Yeravanda nisbi sabitliyin pozulmasına səbəb olub. Parlamentin bu qərarının arxasınca tərəfdarlarına müraciət edən baş nazir onları Parlament binasını mühasirəyə almağa çağırıb. Baş nazirin bu çağırışından sonra tezliklə minlərlə insan parlamentin binası qarşısına toplaşıb və binanın giriş-çıxışını bağlayıb. Paşinyan parlamentin önünə toplaşmış etirazçılara müraciət edərək deyib: “Bu səsvermə və qanun layihəsinin dövriyyəyə buraxılması ilə Ermənistanın Respublikaçılar Partiyası və ona dəstəkçi olan qüvvələr rəsmən Ermənistanda əksinqilab elan ediblər. Əksinqilabın Ermənistanda şansı yoxdur, çünki heç kim xalqın qələbəsini onun əlindən ala bilməz”.

Bundan sonra baş nazir bildirib ki, ERP digər əksinqilabçı qüvvələrlə birlikdə ölkənin siyasi həyatından qoparılmalıdır. Hazırda Ermənistan parlamenti etirçıların mühasirəsindədir. Parlamentdə olan 70-dən artıq deputat binanı tərk edə bilmir.

Baş verən proses çərçivəsində yaxın aylarda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməzsə, Nikol Paşinyanın siyasi gələcəyi necə ola bilər? Parlamentin Rusiyanın dəstək verdiyi Respublika partiyasının nəzarətində qalması və Paşinyanın növbədənkənar seçki keçirə bilməməsi halında Ermənistanda hadisələr necə cərəyan edə bilər və xüsusən Ermənistanda növbəti çaxnaşmalar Qarabağ münaqişəsinə necə təsir edə bilər? Həmçinin Paşinyan höküməti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparmaq üçün legitimliyə sahib ola biləcəklərmi?

Ermənistanda baş verən prosseslərlə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Bundan sonra vəziyyət elə ola bilər ki, Ermənistanda hakimiyyətə can atan siyasi qrupların özləri cəbhədə provikasiyalar törətsinlər”.

Parlament seçkilərinin Paşinyanın legitimliyini artırdığını bildirən politoloq İlqar Vəlizadəyə görə, Paşinyan əlində olan bütün resurslarla Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtında tez keçirilməsinə çalışacaq. Politoloq onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanda legitim hakimiyyətin mövcudluğu vacibdir:

“Paşinyan çalışır ki, növbədənkənar parlament seçkiləri bu ilin axırına qədər olmasa da, gələn ilin may ayına qədər reallaşsın. Yəni, onun hakimiyyətə tam gəlməsi və siyasi kursunu rahat həyata keçirə bilməsi bir ilin içində baş tutsun. Paşinyanın indiki reytinqi təxminən 82%-dir və bu, çox böyük reytinqdir. Buna görə də Paşinyan reytinqinin yüksək olduğu indiki zamanda vəziyyətdən tam istifadə etməyə can atır. Respublika Partiyasının isə reytinqi aşağı olmaqla yanaşı, nüfuzu və siyasi imkanları çox dardır. Belə bir şəraitdə respublikaçılar növbədənkənar parlament seçkilərinə getsələr, uduzacaqlar. Ona görə də çalışırlar ki, vaxt udsunlar və verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyan nüfuzunu itirsin. Paşinyan hakimiyyətə gələnə qədər Ermənistanda sosial-iqtisadi vəziyyətin dəyişdirilməsi ilə bağlı çoxlu vədlər verib. Lakin indiki şəraitdə bu vədləri yerinə yetirə bilmir. Bu üzdən də əhali arasında narazıların sayı artmaqdadır və bu narazılıq daha da böyüyə bilər.

Məlumdur ki, sosial-iqtisadi vəziyyətin siyasi vəziyyətdən fərqli olaraq, öz amilləri var. Bu amillər Paşinyanın vədlərindən asılı deyil. Ona görə də respublikaçılar ümid edirlər ki, əhali bu vədlərin yerinə yetirilməməsinə qəzəblənərək Paşinyana qarşı çıxa bilər. Və ya Paşinyanın reytinqi kəskin aşağı düşə bilər. Bu baxımdan Respublika Partiyası məsələni 2022-ci ilə qədər uztmaq istəyir. Hal-hazırda Ermənistanda pat vəziyyəti yaranıb. Aydındır ki, Paşinyan 2022-ci ilə qədər gözləməyəcək və yarım il əvvəl başlatdığı inqilabı davam etdirəcək. Dünənə qədər Paşinyan qanun çərçivəsində hərəkət etməyə çalışırdı, amma dünən parlamentin verdiyi qərardan sonra Paşinyan qanunu bir kənara atdı. Bundan sonrakı günlərdə Paşinyanın parlamenti zor gücünə qovması da istisna olunmur. Bunun üçün onun xalqdan aldığı dəstək yetərlidir.

İlqar Vəlizadə: “Biz Ermənistanda legitim hakimiyyətin formalaşmasında maraqlıyıq”.

Bütün hallarda növbədənkənar parlament seçkilərinin keçirilməməsi və Ermənistandakı inqilabi sitasiya gedişata və Dağlıq Qarabağ münaqişənin həllinə yaxşı təsir etməyəcək. Çünki Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın, bütövlükdə regionun ən aktual məsələlərindən biri və bəlkə də birincisidir. Ermənistandakı siyasi situasiya onu tələb edir ki, siyasətçilər bu məsələdə sərt mövqe nümayiş etdirsinlər. Əlbəttə ki, hansısa sərtlik cəbhə xəttindəki vəziyyətə çox mənfi təsir göstərəcək.

Keçən aylarda Azərbaycan ordusu erməni provikasiyalarına yumşaq şəkildə desək, dözürdü. Lakin bundan sonra vəziyyət elə ola bilər ki, Ermənistanda hakimiyyətə can atan siyasi qrupların özləri cəbhədə provikasiyalar törətsinlər. Bu halda cəbhə xəttindəki vəziyyət idarəolunmaz hala gələ bilər. Danışıqlar prosesi isə bütünlüklə nəticəsiz qala bilər.

##relatedPostMilli##Məlumdur ki, Düşənbə görüşündə ümidverici yanaşmalar olmuşdu. Ermənistanda çaxnaşma olarsa, bu yanaşmalara əməl edə bilməyəcək.

Ümumiyyətlə, parlament seçkiləri Paşinyanın legitimliyini artırır və möhkəmləndirir. Belə halda Ermənistanın daxili və xarici siyasətində təminatçı olur. Ermənistanda legitim hakimiyyət seçilsə, Dağlıq Qarabağla bağlı hansısa razılaşma daha çox dayanıqlı əsaslara söykənəcək. Ümumiyyətlə, biz Ermənistanda legitim hakimiyyətin formalaşmasında maraqlıyıq. Bu zaman biz onlarla Dağlıq Qarabağ mövzusu ətrafında müzakirə apara bilərik”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar