Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klinikalar 2-3 manata tibbi müayinə kağızı satır? – Səhiyyə Nazirliyindən açıqlama

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyevin bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Sonuncu hadisədən sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb

Baş verən hadisəni şərh edən yol nəqliyyat ekspertinin sözlərinə görə isə avtobus sürücüləri avtobusları dayanacağa aparmır və tibbi müyinədən keçmirlər. Tibbi müayinə kağızları isə daşıyıcı şirkətlərə 2-3 manata satılır:

“Avtobuslar dayanacağa getmir, sürücü avtobusu öz məhəlləsində saxlayır, özü tibbi müayinədən, avtobusu da texniki baxışdan keçmir və birbaşa işə çıxır. Saat 10-11-də isə poliklinikanın əməkdaşları gəlir dayanacaqlarda tibbi müayinə kağızını 2-3 manata satır. Belə bir reallıq mövcuddur. Bu reallığı Bakı Nəqliyyat Agentliyi də bilir, Dövlət Yol Polisi də, bütün dövlət strukturları da bilir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bizimyol.info bildirib ki, daşıyıcı şirkətlərin əməkdaşları dövlət müəssisələri ilə müqavilə bağlamayıb.

“Daşıyıcı şirkətlər özəl klinikalarla müqavilə bağlayıb. Odur ki şəhərdaxili müntəzəm marşrut xəttlərində hərəkət edən avtobusların sürücülərinin tibbi müayinəsi özəl klinikalar tərəfindən aparılır. Sürücülərin tibbi müayinə kağızı da həmin klinikalar tərəfindən verilir”,-deyə P.Abubəkirov bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar