Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədovun prezident iqamətgahı niyə yarımçıq qaldı? - Video

Xəbər verildiyi kimi, dünyaca məşhur, planetin ünlü insanları və holdinqləri üçün misilsiz binalar inşa etmiş italyan şirkəti “Paghere Green Service Societa Agricola S.R.L” Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovu və onun şirkətini məhkəməyə verib

Şirkətin iddiasına görə, biznesmenə məxsus “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib.

Bildirilir ki, italiyan şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb.

Anlaşmaya əsasən, italyan şirkətinə görülən işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli idi. Ancaq işlərin başa çatmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib. Daha sonra italyanları ərazidən çıxarıb.

AzToday.az xəbər verir ki, Fərhad Əhmədova yaxın çevrələrin bilgisinə görə, bu tikilinin əslində prezident sarayı kimi inşa edilməsi nəzərdə tutulubmuş. Rəsmi anlaşmada belə bənd olmasa da, sifarişi alan şirkətin menecerlərinə bağ malikanəsinin prezident sarayı tipində tikilməsi, rəsmi qəbulların olacağının nəzərə alınması tapşırılıbmış. Rusiyanın Azərbaycandakı əsas adamlarından biri olan Fərhad Əhmədov barədə layihəsindən vaz keçməsindən sonra azərbaycanlı milyarderin əli bu malikanənin tikintisindən soyuyub, sözügedən tikili üçün bu qədər vəsaitin xərclənməsini mənasız sayıb.

Azərbaycanda zatən çox az olan, gəldiyi vaxtlarda da yaşaması üçün lüks iqamətgahları olan Fərhad Əhmədov belə bir sarayın tikintisi və saxlanmasını milyonların havaya xərclənməsi hesab edib və müxtəlif bəhanələr gətirərək ünlü italiyan şirkətinə borcunu ödəməkdən imtina edib. Yəni prezident seçkilərinin vaxtının qabağa çəkilməsi təkcə Rusiyanın yox, şimal imperiyasının layihələrinə güvənərək iqamətgah tikmək istəyən milyarderin də planlarını pozub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar