Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşənbə anlaşması sülh prosesində ciddi dönüşə gətirə bilər

Erməni tərəfini razılaşmaya vadar edən səbəblər; politoloqlar deyir ki...

Xəbər verildiyi kimi, ötən həftə MDB ölkələrinin başçılarının Düşənbə sammiti çərçivəsində Azərbaycan prezidenti İlham ƏliyevErmənistan baş naziri Nikol Paşinyan arasında qısa müddətli danışıq və təmas xəttində atəşkəs rejiminə əməl edilməsi barədə razılıq əldə edilib. AZƏRTAC-ın yaydığı məlumata görə, Düşənbədə Əliyev və Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistana Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Nikol Paşinyan isə ayaqüstü söhbətlə bağlı daha detallı məlumatlar açıqlayıb. O, facebookdakı canlı yayımda Azərbaycan prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: “Birinci məqam: ErmənistanAzərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”.

Paşinyana görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür. “Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”- erməni baş nazir əlavə edib.

Ekspertlər hesab edir ki, Düşənbə təması ilə bağlı açıqlanan bu detallar şübhəsiz ki, Bakının diplomatik uğurudur. Paşinyanın sərt müharibə ritorikasının işə yaramadığı məlum olur, Azərbaycanın hərbi gücü etiraf olunur və lüzumsuz savaş ritorikası kənara qoyulur.

“Trend”ə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib ki, Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub: “Bu, bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz ErmənistanAzərbaycan arasında aparılır. Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində ErmənistanAzərbaycan xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi. Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir”.

H.Hacıyev həmçinin Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini şərh edib: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olmuşdur. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılmış olar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunmuş olar”.

Politoloq Natiq Miri isə “Yeni Müsavat”a şərhində bildirdi ki, Nikol Paşinyanla İlham Əliyevin ayaqüstü danışıqlar aparması spontan, təsadüfi olaraq ortaya çıxan bir hadisə sayıla bilməz: “Burada Rusiya amili, digər amillər mövcuddur. Nəhayət, Paşinyan danışıqlar təşəbbüsündə bulunmağa məcbur qaldı. Belə bir danışıqların olması Rusiyaya da lazım idi. Moskva fərqində idi ki, Paşinyanın son zamanlar verdiyi bəyanatlar, atdığı addımlar Qarabağ cəbhəsində vəziyyəti sürətlə gərginləşdirir. Real müharibə təhlükəsi yaranmaqdaydı. Bunu isə Rusiya istəmir. Ona görə də Paşinyanı geri addım atmağa, yumşalmağa məcbur etdilər. Burada Azərbaycanın qətiyyətli mövqeyinin də ciddi rolu var. Paşinyan praktiki olaraq cəbhədə gördü ki, həqiqətən də Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında duruş gətirə biləcək vəziyyətdə deyil. O, hazırkı vəziyyətdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində ciddi addımlar atmaqdan ehtiyatlanır. İşğal siyasətindən imtina və sülh razılaşması üçün onun hakimiyyətinin möhkəmlənməsi lazımdır. Buna da Paşinyan konstitusiyada bəzi dəyişikliklər və parlament seçkilərindən sonra nail olmaq istəyir. Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsinin onun hakimiyyət planlarına çox böyük təhlükə vəd etdiyini Paşinyana başa saldılar və o, bunu anladı. Ona görə də Azərbaycanla danışıqlara getməkdən başqa yol olmadığını gördü”.

Politoloqa görə, artıq iki ölkə arasında daimi işləyə biləcək açıq xətt mexanizminin işə salınması haqda razılığın əldə olunması çox ciddi məsələdir: “Bu, Qarabağ münaqişəsi başlayandan indiyə qədər keçən müddətdə heç zaman müşahidə olunmayan yeni praktikadır. Yeni olmaqla bərabər, həm də müsbət hadisə kimi dəyərləndirilməlidir. Bir həftə öncəyə qədər ”Qarabağ məsələsində tərəf Ermənistan yox, Dağlıq Qarabağdır" deyən Paşinyan indi Ermənistanın bir münaqişə tərəfi olduğunu qəbul etməklə yanaşı, insident ortaya çıxdığı zaman birbaşa əlaqələr yaratmaq üçün mexanizm yaradılmasına belə gedir. Bu, tərəflər arasında vasitəçi olmadan da müstəqil danışıqlar aparılmasına yol aça bilər. Deməli, çox ciddi hadisədir. Heç olmasa, iki dövlət arasında təmasları digər dövlətlərin iradəsindən müəyyən qədər çıxarmağa nail olmaq mümkündür. Paşinyan bu razılaşmaya sona qədər sadiq qalacaqsa, anlaşma münaqişənin həlli və Ermənistanın işğal siyasətindən geri çəkilməsi istiqamətində ilkin real addım kimi tarixə düşə də bilər".

YAP-çı deputat Aydın Mirzəzadə isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan dərk edib ki, danışıqlar ancaq və ancaq AzərbaycanErmənistan arasında olmalıdır. “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyi öz sözünü dedi. Ermənistan baş naziri danışığa getməklə tərəf olduğunu təsdiqlədi. Azərbaycan isə danışıqlara getməklə işğalçı ölkəyə yeni bir şans verir. Ermənistan bunu düzgün dəyərləndirməlidir”, - deyə o əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar