Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qədim qala aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d Mikayil Mustafayevin rəhbərliyi ilə İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar aparılıb

 

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.

Bundan əlavə, qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan tədqiqatlar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, həmçinin digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, əl ilə döymələr vurulan bir çox məişət əşyası da üzə çıxıb.

Qazıntının ilk mərhələsi Qızıltəpənin orta əsrlərə aid olduğunu göstərsə də, mütəxəssislər hesab edirlər ki, qazıntıların sistematik davam etdirilməsi daha qədim tarixə malik mədəni qatları aşkar edə bilər.

Hazırda abidənin ilkin kartoqrafik qeydi və kvadrokopter çəkilişi aparılmaqdadır.

pia.az


Etiket: Qədim qala

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar