Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh danışıqlarının “donu” açılacaqmı?

Azərbaycan və Ermənistan rəhbərlərinin kövrək Düşənbə anlaşmasından gözləntilər; sülh şansı arta bilər, əgər...; rusiyalı tanınmış politoloq: “Qarabağda müharibə artıq başlayıb...”

Ötən həftə Dağlıq Qarabağ mövzusu ətrafında kifayət qədər diplomatik fəallıq qeydə alındı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Zoqrab Mnatsakanyanla keçirdiyi görüşlər, eyni məkanda İslam Əməkdaşlıq Təşkilatının Qarabağa dair Əlaqələndirmə Qrupunun baş tutan toplantısı, nəhayət, Düşənbədə Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında qısa müddətli də olsa, reallaşan ilk görüş və Qarabağla bağlı əldə olunan kövrək razılaşma buna misaldır.

Ancaq əfsus ki, sülh danışıqlarında müsbətə doğru dönüşün yaxınlaşmasından hələlik danışmaq tezdir. Bu da ilk növbədə Ermənistanda davam edən qeyri-müəyyən vəziyyət, inqilab nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan və komandasının Qarabağla bağlı yetkin və ciddi mövqeyə sahib olmaması ilə birbaşa əlaqədardır.

Ümid eləmək qalır ki, Düşənbədə Azərbaycan prezidenti ilə ilk görüşdən sonra rəsmi İrəvan nəhayət ki, öz radikal mövqeyinə konstruktiv düzəlişlər edə biləcək, təxribatçı və maksimalist mövqeyin, davakar ritorikanın ən əvvəl işğalçı ölkəyə təhlükə vəd etdiyinin və müharibəni yaxınlaşdırdığnın fərqinə varacaq. Yox, əgər Paşinyan Düşənbədəki kövrək anlaşmadan sırf öz daxili siyasi dayaqlarını möhkəmlətmək və vaxt uzatmaq üçün istifadə edəcəksə, o zaman münaqişə zonasında situasiya indikindən qat-qat təhlükəli həddə çata bilər.

İstənilən halda Qarabağ danışıqlarında real nəticənin olmamasına görə əsas məsuliyyəti ATƏT-in Minsk Qrupunun həmsədrləri daşıyır. Yeri gəlmişkən, bir çoxları 25 ildə sülh danışıqlarında heç bir real irəliləyişə nail olmayan bu qurumun haqlı olaraq, buraxılmasını və yeni vasitəçilik institutunun yaradılmasını təklif edirlər.

*****

Bu arada isə hərbi və siyasi ekspertlərin müharibə xəbərdarlıqları davam edir.

“Qarabağda müharibənin başlanması üçün zəmin çoxdan hazırdır”. Bu barədə tanınmış rusiyalı politoloq və analitik Qriqori Trofimçuk “Azərbaycan xəbərləri” portalındakı məqaləsində yazıb.

“Hazırda Qarabağdakı durum bir çox göstəricilərinə görə Donbasa bənzəyir. Silahlı münaqişə artıq mütəmadi hal alıb və müharibə istənilən an baş verə bilər. Buna görə də burada hansısa tarixə və ya müddətə əsaslanmaq lazım deyil. Bu səhv olar və arxayınçılıq effekti yaradardı. Hərbi və məktəb dərsliklərində qeyd olunduğu kimi, müharibənin başlanması üçün zəmin çoxdan hazırdır”, - deyə politoloq xəbərdarlıq edib.

“Daha aydın danışacağam: müharibə artıq gedir, sadəcə olaraq, hələ ki o, qeyri-aktiv fazadadır. Müharibənin başlaması - hələlik ehtimal şəklində olsa belə - xüsusilə o vaxt baş tuta bilər ki, Moskvanın həm Bakı, həm də İrəvanla münasibətləri eyni vaxtda gərgin həddə çatsın. Ermənistanda baş verən yaz hadisələri və onların inkişaf tendensiyasından sonra, başa düşmək lazımdır ki, hər şey mümkündür” - politoloq əlavə edib.

*****

Lakin Qarabağda böyük müharibənin Rusiyanın regiondakı maraqlarına təhlükə yaradacağı haqda fikirlər də var. Belə ki, münaqişənin uzanmasının Kremlə də ziyanlı olması barədə rəylər mövcuddur. Hər necə olmasa, genişmiqyaslı hərbi əməliyyatlar zamanı ən azından, Rusiya və Türkiyə konkret mövqe ortaya qoymalı olacaq.

Yaranmış durumda yenə də ən əvvəl işğalçı ölkə öz seçimini eləməlidir - ya hərb, ya sülh variantı məhz İrəvandan asılı olacaq. Bu xüsusda Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında əldə olunan ilkin anlaşma yalnız ehtiyatlı nikbinlik doğurur. Ona görə ki, daha çox populist bəyanatlarla yadda qalan Nikol Paşinyan hələ özünü ikitərəfli anlaşmalarda etibarlı tərəfdaş kimi təsdiqləyə bilməyib.

Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi İrəvanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Paşinyanın görüşdən dərhal sonra böyük sevinc hissi ilə açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyana məlumat verməsi Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələrini tamamilə təkzib edir.

“Nikol Paşinyanın bu açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqləyir. Bu isə danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxarır, Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoyur”, - deyə o qeyd edib.

E.Mirzəbəyli əlavə edib ki, bu söhbət, prinsip etibarilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir.

“Mövcud vəziyyət danışıqlar prosesinin substansiv müstəvidə davam etdirilməsinə imkan yaradır. Ümid edirəm ki, Ermənistan yaranmış vəziyyətdən ciddi nəticə çıxaracaq və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərinə əməl edəcək. Bu, Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması üçün sonuncu şansdır”, - deyə siyasi ekspert vurğulayıb.

Bəs Ermənistanın yeni rəhbərliyi öz xalqı üçün siyasi uzaqgörənlik edib sonuncu şansı dəyərləndirə biləcəkmi? Bir az da gözləyək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar