Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Suriyada “Çəkic güc” modeli və 3 hədəfi

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Suriyanın gələcəyinə yönəlik ssenarilər arasında “Çəkic güc” modeli olduğunu etiraf edib. BMT Baş Assambleyası üçün Nyu-Yorkda olan Cefri, jurnalistlərin suallarını cavablandırıb

ABŞ-ın Suriyada qalmasının bir çox yolu olduğunu qeyd edən Ceyms Cefri, 1990-cı illərdə PKK üzvlərini silahlandıraraq təxribat, kontrgerilla fəndləri öyrədən "Çəkic güc" modelinin masada olduğunu deyib. Ceyms Cefri, PKK ilə YGP-nin eyni terror təşkilatı olduğunu dilə gətirərək Türkiyənin tezislərini dəstəklədiyini nümayiş etdirib.

MÜXTƏLİF SSENARİLƏR

"Müxtəlif ssenarilər var" deyən Cefri açıqlamasında belə deyib: "Bəzilərini xəbər verdiyiniz üçün bilirsiniz. 2008-də Gürcüstandakı Ruslara necə təpki verdiyimiz, ya da beynəlxalq ictimaiyyətin şərqi Ukraynadakı Ruslara göstərdiyi təpki kimi, hansı ki bu bölgələrdə Amerikan gücləri yoxdu. Uzun illər boyu, bildiyiniz kimi, Şimali İraqda yerli müttəfiqlərimiz vardı və onlara hava dəstəyi təmin etdik. Bunların, gələcəkdə Suriyada gedəcəyimiz yol olduğunu demirəm. Sadəcə orada aktiv ola biləcəyimiz bir çox yol olduğunu deyirəm".

ƏSƏDİ DEVİRMƏYƏCƏYİK

Cefri, ABŞ-ın Suriyadakı üç hədəfini belə sadalayıb: " Əsas 3 hədəfimiz İŞİD-ın olması, siyasi prosesin yenidən canlandırılması və İrana bağlı bütün hərbi qüvvələrin Suriyadan çıxarılmasıdır". Hədəflər arasında Əsədin hakimiyyətdən uzaqlaşdırılması yoxdur. Cefri, Əsədi devirmək niyyətinin olmadığını, bu işi Konstitusiya vasitəsi ilə və Suriyalıların etməsi lazım olduğunu irəli sürüb. Cefri, digər tərəfdən Əsədin Suriyadakı neft və qaza tam nəzarət etməsinə icazə verməyəcəklərini də qeyd edib.

HƏDƏF, SURİYANI PARÇALAMAQDIR

Cefri, Rusiyanın Dəməşq rejimini dəstəkləməkdən əl çəkməsini istəyərək "Mənə görə Rusiyanın Suriya hökumətilə dostluq qurmasının vacibliyi yoxdur. Bu dəstək Rusiya üçün də ağır nəticələr doğura bilər. Biz, Suriyanın nəzarətinin tamamilə Əsədə buraxılmasından tərəfdarı deyilik" deyə, söyləyib.
(Müxalifət.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar