Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq bağçaları rüşvət yuvalarına çevrilib...

184 saylı usaq bağçasının müdirəsi valideyinlərə bildirib ki, həmin məbləğdə olan pul mənə çatmır yuxarının haqqıdır. Ona görə də hara şikayyət etsəniz xeyiri yoxdur.

Son zamanlar sanki bağça müdirləri arasında “rüşvət yığma yarışı” start götürüb və təəssüflər olsun ki, bu hal əksər uşaq bağçalarında hökm sürməkdədir. Redaksiyamıza daxil olan şikayətlərdən belə aydın olur ki, “pulyığma yarışında” ən çox canfəşanlıq edənlərdən biri də 184 saylı usaq bağçasının müdirəsi Vəliyeva Sevda Dadaş qızıdır.

Verilən məlumatlarda o da vurğulanır ki, müdirə bağçadakı əksər qruplarda boş yerlər olmasına baxmayaraq, valideynlərə yer olmadığını bildirir və yalnız onlarla razılaşdıqdan sonra usaqlarını bu məktəbəqədər təhsil müəssisəsinə qəbul edir. Bu barədə bir çox valideynlər bildirib ki, dəfələrlə baxçaya ged-gəl ediblər ,amma bağçadan bildiriblər ki, uşaq bağçasında boş yer yoxdur . Tanış valideyinlərin vastəsi ilə öyrənilib ki, uşaq bağçasında uşaqı qediyyata almaq üçün 400-500 AZN məbləğində bəri başdan müdrə Sevda Vəliyevaya pul ödəməlidir. Həmin ödənilən məbləğ isə tərbiyəçilər arasında bölünür.

Adının açıqlanmasını istəməyən valideyn bilirib ki, bu barədə aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də təssüf ki, heç bir tədbir görülməyib. Sonrada məcbur qalıb 400 azn pulu ödəyib uşağımızı bağçaya qoyduq. Müdirə isə valideyinlərə bildirib ki, həmin məbləğdə olan pul mənə çatmır yuxarının haqqıdır. Ona görə də hara şikayyət etsəniz xeyiri yoxdur.

Narazı olan valideynlər aidiyyatı orqanlara müraciət etsələr də, təəssüflər olsun ki, onların şikayətləri qulaq ardına vurulur və nəticəsiz qalır. Bu məqamın özü bağça müdirlərinin qeyri-qanuni biznesinin yuxardan idarə edilməsinə dair şübhələr yaradır. Digər məlumatlı şəxsin bildirdiyinə görə isə, Sevda Vəliyevanın icra sturukturunda himayədarı var. Elə bu səbəbdəndir ki, müdirə heç kəsdən çəkinməyərək rəhbərlik etdiyi bağcaya uşaqları pulla götürür və eləcə də oraya ayrılan ərzaqların da əksəriyyətini mənimsəyərək, körpələrin qidalanması məsələsini də özünün qazanc mənbəyinə çevirib.

Sevda xanımla əlaqə yaratdıq. Lakin bu barədə heç bir açıqlama vermək istəmədi. Bildirdi ki, şikayətçi valideyinləri mənə yönləndirin mən onlarla “dil” taparam.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…(GundemXeber.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar