Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərkosmos" gərək "yağlı" müştərilər tapsın..."  

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Azərbaycanın növbəti telekommunikasiya peyki – “Azerspace-2”-in orbitə qaldırılması ilə bağlı fikirlərini açıqlayıb

Strateq.az ekspertin şərhini oxuculara təqdim edir:

1. Əhəmiyyəti

Düşünürəm ki, Azərbaycanın imici, peyk ailəsində öz yerini möhkəmləndirməsi baxımından xeyli əhəmiyyətlidir. Həmçinin, milli kosmik infrastrukturun inkişafı dolayısıyla digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, sahə ilə bağlı elmin və innovasiyaların inkişafına və beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir.

2. Risklər

Bu sahədə risklər çox böyükdür. Necə deyərlər, göydə də resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərin də ömrü xeyli məhduddur. Yəni, yüz milyonlarla xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həm də normal fəaliyyət üçün bir peyk yetərli, dayanıqlı olmur. Adətən, müştərilər bir peyki olanla deyil, çoxlu sayda peyki olanlarla müqavilə bağlayırlar. Deməli, bir peyk buraxan məcburdur ki, xidmətini satmaq üçün yenisini də buraxsın və bu halda xərclər də artmış olur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Odur ki, fikrimcə, “Azərkosmos”-un işi əslində elə indi başlayır. Ki, hər iki peykin xidmətini satmaq üçün “yağlı” müştərilər tapsın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin. Əks halda, qoyulan xərcin bəlli bir müddətdə çıxarılmaması kimi böyük risk qarşıdadır.

3. Peyk interneti

Peyk interneti kifayət qədər baha olduğundan heç kim ondan istifadədə maraqlı olmur. Bu baxımdan, bizim peykin də cüzi bir internet tutumu var ki, ondan da yalnız fövqalədə hallarda istifadə oluna bilər. Yəni, peykdən internetin inkişafını gözləmək sadəlövhlükdür.

Bildiyim qədər, “Azərkosmos” öz ofisində istifadə üçün zəruri olan interneti öz peykindən deyil, Bakıdan Şamaxıyadək olan yol boyu “Aztelekom” və ya “Delta”-nın çəkdiyi yeraltı fiber-optikdən alır.

4. Perspektiv.

Hazırda telekommunikasiya xidməti verən peyklər cəlbedici və biznes baxımından uğurlu hesab olunmur. Çünki artıq dünyada yerüstü telekommunikasiya infrastrukturu yetərincə inkişaf edib və siqnalı daha ucuz və keyfiyyətli formada, elə göyə çıxartmadan yerdən göndərmək sərf edir.

Bu baxımdan, düşünürəm ki, gələcəkdə telekommunikasiya yönümlü deyil, elmi və bizes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyat yönümlü peyklərə diqqət göstərmək, həm də təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək daha doğru olardı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar