Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yanardağ”, “Atəşgah məbədi”nin xidmətləri pulsuz olacaq - Səbəb

Sentyabrın 27-də yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunacaq.

Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün "Baku City Tour" avtobuslarına 50% endirim tətbiq olunacaq. Avtobuslar 27 sentyabr səhər saat 10:00-dan 19:00-dək, hər saatda, bir gün ərzində Hökumət Evinin qarşısından yola çıxacaq.

Gün ərzində yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər.

Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, master-klasslar göstəriləcək. 4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq.

Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı konsert də təşkil ediləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar