Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir araya gəliblər.
Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.
pia.az