Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifovun xalqa yuxarıdan aşağı baxan kadrı - Qudurğan məmur tipi

Ağstafada özünü “Bağdadın kor xəlifəsi” zənn edən Qoşun Heydərov kabinetində özünə “şahənşah taxtı” düzəltdirib

Bir neçə il bundan öncə özbaşınalıq edən Şəmkir ƏƏSMM-nin rəisi Qoşun Heydərov yerli camaatın haqlı narazılığına səbəb olmuşdu və və həmin məmur rəhbərliyi tərəfindən ərizəsi alınaraq daşıdığı vəzifəsindən azad edilmişdi. Şəmkir rayon ƏƏSMM-də rəis vəzifəsini daşımış Qoşun Heydərov əhaliyə ayrılan müavinətın ödənilməsi prosesində ciddi problemlər yaratmışdı. Belə ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəyən, 3 ayın pulunu isə camaata ödəyən sonunda haqlı cəzasını almışdı. Faktiki olaraq Şəmkirdə böyük narazılığın ortaya çıxmasına səbəb olan məmurun ərizəsi alınaraq işdən kənarlaşdırılsa da hüquqi məsuliyyətdən yayına bilmişdi.

Nəql etdiyimiz bu hadisə 2014-cü ildə baş verib. Cəmi il yarım işsiz qalan gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci oldə Ağstafa rayonunun Maliyyə idarəsinə rəis təyin olunub. Ağstafada özünü “Bağdadın kor xəlifəsi” zənn edən Qoşun Heydərov kabinetində özünə “taxt” düzəltdirib.


Ağstafa sakinlərindən MilliYol -a daxil olan məlumatda bildirilir ki, Qoşun Heydərov maliyyə idarəsindəki kabinetini yeniləyib. Bu yenilənmənin əsas görünüşünə isə müdirin masasının yerləşdiyi döşəmənin kabinetin ümumi döşəməsindən 30-40 sm yüksək olması ilə nöqtə qoyulub. Yəni indi Heydərovun kabinetinə girənlər sanki qarşılarınnda bir “şahənşah taxtı” görürlər. Belə ki, adi bir idarə müdirinin qəbuluna girən vətəndaşlar ona altdan yuxarı baxmaq məcburiyyətindəddirlər.

Qonaq Heydərovun Ağstafadakı fəaliyyətindən isə danışmağa dəyməz. Əldə etdiyimiz məlumata görə Qoşun Heydərov bütün idarə müdirlərini, istər büdcə təşkilatlarını, istərsə də qeyri büdcə təşkilatlarını “aylığa otuzdurub”. Onun sözünün qabağına söz deyənlər isə nəylə üzləşəcəklərini yaxşı bilirlər...

Aldığımız bir başqa məlumata görə Ağstafanı soyulmuş soğana çevirən Qoşun Heydərov Maliyyə Naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis təyin olmağa hazırlaşır. Artıq bu məsələdən xəbər tutan Şəmkir camaatı narahat olmağa başlayıblar ...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar