Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könül Xasıyeva: “Borclar məni sıxır, banklar da kredit vermirlər”

“Borclar məni sıxır, banklar isə kredit vermirlər”

Bunu açıqlamasında xeyli müddətdir səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva deyib.

O bildirib ki, yay fəsli dövründə həm özünün, həm də oğlu Kazımın müalicəsi davam edib: “Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur”.

Xalq artisti qeyd edib ki, dərs ilinin başlamasına baxmayaraq oğlu Kazım məktəbə gedə bilmir: "Çünki qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Sakitləşdirici dərmanlar veririk. Həmin dərmanlar onun yaşına uyğun deyil deyə pis təsir göstərir”.

Qeyd edək ki, xalq artisti Könül Xasıyeva sinir ağrılarından, oğlu Kazım isə Turetto sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar