Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc: “Azərbaycanda Milli Məclisə seçkilər öz vaxtında keçiriləcək”

Millət vəkili: “2020-ci ili hədəf götürərək çalışmaları ona uyğunlaşdırmaq lazımdır. Bu mənada ölkənin siyasi qrafikində dəyişiklik olmayacaq”

Azərbaycanda oktyabr ayında prezident seçkilərinin keçirilməsi bu və ya digər dövlətlərin və yaxud xarici dairələrin ölkəmiz əleyhinə planları daha da stimullaşdıracaqdı, informasiya təxribatlarını dərinləşdirəcəkdi, ona sistemli xarakter verəcəkdi”.

Bu sözləri millət vəkili Zahid Oruc Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

11 aprel prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Milli Məclisin üzvlərindən də istifadə olunması deputatların sayının azalmasına səbəb olub. Ölkə prezidentinin sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub. 4 deputatın mandatının ləğvi o deməkdir ki, Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb. Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, 2018-ci ilin aprelində deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib. Beləliklə, hazırda Milli Məclisdə 6 deputat yeri boşdur.

Yuxarıda xatırlatdığımız hadisələrə görə deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar seçki dairələri.

Deputatsız qalan dairələrdə yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, MSK katibi Mikayıl Rəhimov bildirib ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı prezident sərəncamı verildikdən sonra bəlli olur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbədənkənar seçki olmayacağı halda növbəti parlament seçkilərinə iki ildən artıq müddət qalıb. Deməli, qanunvericilik boş qalan dairələrdə yeni seçkilərin keçirilməsi zərurətini yaradır.

Son zamanlar isə bu ilin payızında Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ehtimalının olduğu xəbərləri yayılılmaqdadır. Lakin hələ ki bu haqda rəsmi heç bir məlumat yayımlanmayıb. Buna baxmayaraq bəzi deputatlar mətbuata verdikləri açıqlamalarda bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçirilməsini isitisna etməyiblər. Lakin bunu təsdiq də etməyiblər.

Son vaxtlar yayılan xəbərlərə görə isə növbədənkənar parlament seçkilərinin növbəti ilin aprelində keçirilməsi gözləniləndir. Bu ilin qalan 3 ayında isə ölkə miqyaslı seçkiyə gedilməsi böyük ehtimalla reallaşmayacaq.

Hazırda Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən hansısa dəyişən siyasi situasiya var?

Bu sualla PİA.AZ-ın əməkdaşı ilə deputat Zahid Oruca müraciət edib.

Zahid Oruc: “Bir çoxları hesab edir ki, yeni parlament, onun iş əmsalı, orada təmsil olunan şəxslərin dövləti, dövlətçiliyi qoruma imkanları indiki parlamentdən xeyli artıq ola bilər”.

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasının gündəmdə olmasının bir neçə səbəbini açıqlayan millət vəkili PİA.az-a açıqlamasında vurğulayıb ki, hamı üçün qarşıya qoyulan ideya və məqsəd ondan ibarət olmalıdır ki, parlament xalqın mənafeləri naminə çalışmağı bacarsın:

Azərbaycanda parlament seçkiləri 2020-ci ildə, yəni konstitusiya ilə müəyyənləşmiş vaxtında keçiriləcək. Mən buna daha çox hüquqi amillə söykənərək inanıram. Həm də siyasi, hərbi təhlükəsizlik və s. baxımdan seçkilərin ertələnməsi üçün hazırkı şəraitdə xüsusi bir çağırışlar mövcud deyil.

Prezident seçkiləri amili bir qədər fərqli hadisə idi və bununla bağlı verilən hüquqi, siyasi izahlar cəmiyyətimizə bəllidir. O cümlədən xalq da prosesdə aktiv iştirak etməklə göstərdilər ki, dövlətin irəli sürdüyü qərarı qəbul edir. Bu qərarı milli mənafelərə bağlı hadisə kimi dəyərləndirir. Çünki göründüyü kimi Rusiya, Qərb, İran, ABŞ, Türkiyə, Yaxın Şərq və digər bölgələrdə olan böyük təhlüələrin bölgəyə daxil olması fonunda müxtəlif ölələrin ərazisi sanki bir siyasi bəzən isə hərbi poliqona çevrilir.

Əslində mənim aləmimdə bizim ölkəmizdə prezident seçkilərinin zamanının irəli çəkilməsi qeyd etdiyimiz beynəlxalq dairələrin planlarını müəyyən qədər pozaraq, həmçinin dövlətlərarası münaqişəni bizdən bir qədər ötürdü. Hətta hesab edirəm ki, bu təhlükə Ermənistana keçdi və orada da göründüyü kimi gərginlik nöqtələri bu ssenarilər uydu. Belə olan halda da layihə baş tutdu. Hakimiyyətin rəhbərliyində olanlar prosesi əldə saxlaya bilmədilər və xalqın da üsyanına boyun əydilər.

Zahid Oruc: “Prezident seçkilərinin irəli çəkilməsi beynəlxalq dairələrin planlarını müəyyən qədər pozdu, həmçinin dövlətlərarası münaqişəni bizdən bir qədər ötürdü. Hətta hesab edirəm ki, bu təhlükə Ermənistana keçdi”.

Düşünürəm ki, Azərbaycanda oktyabr ayında prezident seçkilərinin keçirilməsi bu və ya digər dövlətlərin və yaxud xarici dairələrin ölkəmiz əleyhinə planları daha da stimullaşdıracaqdı, informasiya təxribatlarını dərinləşdirəcəkdi, ona sistemli xarakter verəcəkdi. Heç şübhəsiz ki, ölkəmiz içərisində də ayrı-ayrı qüvvələr bundan yararlanaraq maksimum dərəcədə bu istiqamətdə azğınlıq göstərəcəkdilər.

Lakin Parlament haqqında bu məsələləri eynən söyləmək olmaz. Çünki hakimiyyət qollarından biri kimi ölkədə müəyyən mənada hüquqi qanunu proseslərə cavabdehlik daşımasına baxmayaraq Azərbaycanda prezident üsul dairəsi olduğundan ilk növbədə dövlət başçısının daim aktiv, legitim bir əsasda yerində olması gərəkdir. Yəni oradakı siyasi boşluq bütövlükdə cəmiyyətə ziyan vurar.

Qeyd edim ki, növbədənkənar parlament seçkiləri proqnozunun meydana çıxmasının bir neçə səbəbi var. Onlardan artıq birini söylədik. Məsələnin ikinci tərəfi odur ki, bir çox hallarda parlament üzvlərinin aktiv bir şəkildə ölkənin ictimai, siyasi həyatına dair gedən proseslərə qatqılarını göstərməməsi, mövqelərini ortaya qoymaması, fəal şəkildə media ilə ünsiyyət qurmaması, bir sıra hallarda ölkənin beynəlxalq həyatına bağlı məsələlərdən özlərini kənarda saxlamaları da az rol oynamır. Bir çoxları hesab edir ki, yeni parlament, onun iş əmsalı, orada təmsil olunan şəxslərin dövləti, dövlətçiliyi qoruma imkanları indiki parlamentdən xeyli artıq ola bilər. Müəyyən mənada bu mövqelərdə əsaslar var. Mən qətiyyən bu fikri qəribçiliyə salmaq istəmirəm.

Zahid Oruc: “90-cı illərdə dövlət əleyhinə proseslərin böyük bir hissəsi parlamentdə cəryan edirdi. Böyük təhlükələr məhz oradan qaynaqlanırdı. Çünki milli maraqların ziddinə olan qüvvələrin bir çoxları parlamentdə yer almışdılar”.

Üçüncü mühüm bir məsələ də odur ki, növbədənkənar parlament seçkiləri ideyasın gündəmdə saxlayan seçkilərdə daim baykotçu mövqeyini seçən qüvvələrdir. Onlar 2018-ci il aprel seçkilərinə zaman azlığını bəhanə edib qatılmadılar. Həm də müxtəlif maraqların toqquşma səhnəsini düzəltmək üçün 2 ili gözləməyə zaman qalmır. Təbii ki, bir tərəfdən fiziki olaraq qocalırlar, o biri tərəfdən siyasət, gündəlik cari hadisələrə münasibət bildirmək, dəqiq prinsiplər üzərində işləmək, xarici məkana çıxmaq, müxtəlif dövlətlərlə yaxın işlər qurmaq, kadr bazası formalaşdırmaq və s. kimi işləri edə bilmirlər. Buna görə düşünürlər ki, seçkilərin müəyyən qədər təcili xarakterdə olması müəyyən qədər imkan verər ki, onlar ayrı-ayrı bölgələr üzrə savaş cəbhəsini açarlar.

##relatedPostMilli##

Amma hesab edirəm ki, Azərbaycanda Milli Məclisə seçkilər öz vaxtında keçiriləcək. Hər bir halda mən bunu belə görürəm. Elə hesab edirəm ki, bizim hamımız üçün qarşıya qoyulan ideya və məqsəd ondan ibarət olmalıdır ki, parlament xalqın mənafeləri naminə çalışmağı bacarsın. Aktiv bir şəkildə dövlət quruculuğunda iştirak etsin. Ölkənin həyatına müsbət təsir etsin. Yəni bildiyimiz kimi 90-cı illərdə dövlət əleyhinə proseslərin böyük bir hissəsi parlamentdə, o salonda cəryan edirdi. Böyük təhlükələr məhz oradan qaynaqlanırdı. Çünki milli maraqların ziddinə olan qüvvələrin bir çoxları parlamentdə yer almışdılar. İndi isə sabitlik şəraitindəyik. Buna görə də 2020-ci ili hədəf götürərək çalışmaları ona uyğunlaşdırmaq lazımdır. Bu mənada ölkənin siyasi qrafikində dəyişiklik olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar