Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi “Uembli” stadionu pakistanlı iş adamına satılır

İngiltərə Futbol Asossiasiyası (FA) Londonda yerləşən “Uembli” stadionunu satır

“Financial Times” nəşri yazır ki, arenanın 788 milyon dollara “Fulhem” klubunun sahibi Şahid Xana satılması üçün ilkin razılıq verilib. FA bununla bağlı yekun qərarı sentyabrın 27-də qəbul edəcək.

Məlumata görə, stadion satılsa da, razılaşmada bəzi məhdudiyyətlər var. Bunlardan ən önəmlisi satışdan sonra stadionun adının dəyişdirilməsi və ya sponsorun adının əlavə olunmasına icazə verilməməsidir.

Həmçinin, Xan öhdəliklərini lazımı şəkildə yerinə yetirməyəcəyi təqdirdə asossiasiyanın arenanı geri satın almaq hüququ olacaq.

Biznesmen "Uembli"dən Milli Futbol Liqasında özünə məxsus olan "Ceksonvill Cequars" komandasının çıxış etməsindən ötrü meydan qismində yararlanmaq niyyətindədir. O, arenanı hələ apreldən almaq istəsə də, danışıqlar yalnız son günlər müsbət məcrada davam etməyə başlayıb.

Qeyd edək ki, 1923-cü ildən inşa edilən "Uembli" stadionu 2003-cü ildə sökülüb və 2007-ci ildə yenidən istifadəyə verilib. Arena 90 min azarkeş tutumuna malikdir. 2013-cü ildə burada Çempionlar Liqasının finalı keçirilib.

pia.az


Etiket: Stadion Satıldı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar