Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Məlikovun fəaliyyəti araşdırılır - Səfər Mehdiyev “Transbroker” şefini sona qədər qoruya biləcəkmi?

Son zamanlar gömrük sisteminin hesabatlarını təftiş edən maliyyə nazirliyinin və Hesablama Palatasının ekspertləri ortaya ilginc faktı çıxarıblar

Əbülfəz Məlikovun rəhbərliyi altında çalışan və uzun illər boyu Azərbaycanın gökrük keçid məntəqələrində bütün əməliyyatları birbaşa həyata keçirən və ölkəyə mal gətirən iş adamlarından qanunsuz ödəmələr toplayan, bununla da daxili bazarda həm qiymətlərin yüksəlməsini, həm də monopolianı təmin edən “Transbroker” MMC-nin fəaliyyəti araşdırırlır. Bu barədə dia.az saytı məlumat yayıb.

Sayt yazır ki, faktiki olaraq Azərbaycan gümrak məntəqələrini idarə edən və birbaşa nəzatəti altında saxlayan “Transbroker” MMC-nin rəhbəri Əbülfəz Məlikov və onun əlaltıları ölkə büdcəsinə milyardlarla ziyan vurublar və külli miqdarda vəsait dövlət büdcəsindən yayaındırılıb.

Daha əvvələr də mətbuatın da yazdığına görə Əbülfəz Məlikov yaxın qohumu Anat Allahverdiyev vasitəsi ilə həmin vəsaitləri ölkədən çıxarıb, offşor zonalarda həyata keçirdikləri əməliyyatlardan sonra bu pulları AvropaABŞ-dakı banklarda açdıqları hesablarda yerləşdiriblər.

Güman olunur ki, faktiki olaraq həmin vəsaitlərin geri qaytarılması imkansızdır. Çünki bir neçə dəfə ayrı-ayrı bank əməliyyatlarından və biznes sövdələşmələrindən sonra həmin pulları təyin etmək faktiki olaraq mümkün deyil.

Dia.az saytının yazdığına görə Əbülfəz Məlikovun Azərbaycan gömrüyündəki əsas hamisi o zaman Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini olan, hazırda isə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində olan Səfər Mehdiyev olub və hazırda da Səfər Mehdiyevin Əbülfəz Məlikovu qoruduğu bildirilir. Sayt qeyd edir ki, hazırda Əbülfəz Məlikov Səfər Mehdiyevə sığınsa da Dövlət Gömrük Komitəsinin sədrinin keçmiş “Transbroker” MMC-nin rəhbərini qoruya biləcəyi inandırıcı görünmür...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri mövqelərini dərc etməyə hazırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar