Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda erkən seçki müzakirələri başladı

Paşinyan seçki tələb edir, Sarkisyanın partiyası isə vaxtı uzatmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ səfərindən dönən kimi bütün siyasi qüvvələrin iştirakı ilə vaxtındanəvvəl parlament sçkisinin mümkünlüyünü müzakirə edəcək. “Azadlıq” radiosunun məlumatına görə, bunu Paşinyan sentyabrın 24-də Nyu-Yorkdan özünün “Facebook” səhifəsi ilə canlı yayımda deyib.

“Siyasi hadisələr göstərdi ki, mümkün qədər tez vaxtından əvvəl parlament seçkisi keçirmək lazımdır. Çünki siyasi qeyri-müəyyənlik ölkə iqtisadiyyatına yeni investorlar cəlb edilməsini əngəlləyir. Hesab edirəm ki, bələdiyyə şurasına keçirilən son seçki göstərdi ki, parlamentdəki qüvvələr çox az səs topladıqlarından mahiyyətcə bugünkü parlamentin mandatı yoxdur. Yeni seçkilərlə xalqa imkan yaratmalıyıq ki, nəhayət ölkədə siyasi prosesləri sosial-iqtisadi problemlərin həllinə yönəltmək üçün üstün saydıqları qüvvələri parlamentə gətirsin və çoxluq yaradaraq yeni baş nazir seçsin”, – Paşinyan deyib.

Keçmiş hakim “Respublika” partiyasının parlamentdəki fraksiyasının lideri Bagram Bagdasaryansa deyib ki, onlar yeni parlament seçkisinə ehtiyac görmürlər.

O, istənilən müzakirəyə hazır olduqlarını bildirib, amma qeyd edib ki, öncə yeni seçki məcəlləsini müzakirə etmək və onu yaxşılaşdırmaq lazımdır. Bagdasaryan deyib ki, hazırda ölkədə vaxtındanəvvəl seçkidən həll olunmalı daha vacib məsələlər var.

Qeyd edək ki, sentyabrın 23-də Yerevan bələdiyyə şurasına keçirilən seçkidə Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku qalib gəlib.

Bu blok səslərin əksəriyyətini qazandığından onun namizədi Ayk Marutyan birbaşa şəhər meri olacaq.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar