Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə ittiham olunan 46 yaşlı Rəfail Feyziyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Mehman Vəliyev dindirilib. M.Vəliyev ifadəsində göstərib ki, hadisədən əvvəl R.Feyziyev polisə müraciət edərək özünün və həyat yoldaşının şantaj olunduğunu deyib. R.Feyziyevin şikayəti əsasında araşdırmanı polis əməkdaşı M.Vəliyev aparıb. Araşdırmalar zamanı R.Feyziyevin xanımı ilə internetdə tanış olan və danışan şəxs müəyyənləşdirilib. Lakin onun hərəkətlərinin şantaj olmadığı qənaətinə gəlinib və məsuliyyətə cəlb olunmayıb.

Polis əməkdaşı M.Vəliyev deyib ki, işi araşdıran müddətdə tərəfləri sakitləşdirməyə və səbrli olmağa dəvət edib. Məhkəmədə məlum olub ki, mərhum Rafət Feyziyevanın sosial şəbəkələrdə fotoşəkli paylaşılıb və onun müəyyən məbləğ qarşılığında intim əlaqədə olduğu göstərilib. Ünvan kimi isə yaşadığı ev göstərilib. İstintaq materiallarında mərhumun ayrı-ayrı şəxslərə “İnstagram”da danışdığı, bəziləri ilə hətta görüşdüyü də məlum olub.

Şahid qismində prosesdə mərhumun “İnstagram”da tanış olduğu, daha sonra isə görüşdüyü Hüseyn Vəliyev ifadə verib. Şahid ifadəsində ilk dəfə Rafət Feyziyevanın ona yazdığını göstərib: "Məndən Rövşən Rəsulovu tanıyıb-tanımadığımı soruşdu. Rövşən mənim iş yoldaşım olub. Dedi ki, Rövşən onu fotoları ilə şantaj edir. Mən məsləhət gördüm ki, “İnstagram”ı bağlasın”.

O da məlum olub ki, H.Vəliyev Rafət Feyziyevaya kömək edəcəyi adı ilə onunla yaxın münasibət qurub. Ailəli olan H.Vəliyev mərhumla görüşü özünün ikinci evində təşkil edib. Şahid tərəflərin suallarını cavablandırarkən R.Feyziyevanın şantaj edilməsindən xəbərsiz olduğunu deyib.

Daha sonra mərhumu fotoları ilə şantaj etməkdə adı hallanan Rövşən Rəsulov dindirilib. O ifadəsində R.Feyziyeva ilə “İnstagram”da tanış olduğunu, bir-birləri ilə sadəcə hal-əhval tutduqlarını, qadını ilk dəfə polis bölməsində görüşdüyünü göstərib: "İlk dəfə 2016-cı ildə danışığımız olub. Sonra yazmadı. Daha sonra yenə özü yazdı, yenə danışdıq. Sonra bir gün məni polisə çağırdılar. Orada məlum oldu ki, guya mən Rafəti şantaj etmişəm. Ona dedim ki, aç, həqiqəti danış. Yoldaşına dedim ki, sonuncu dəfə yeddi ay əvvəl danışmaşıq. Əgər kimsə Rafətin ev ünvanını yazıb, görüşdüyünü bildiribsə, elə ora gələn adamı tutub özündən soruşmaq olardı ki, nömrəni haradan alıb".

Şahid bildirib ki, mərhumla heç bir münasibəti olmayıb. Sadəcə hər ikisi bir-birinə foto göndərib. Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhum polisdə olarkən Rövşən Rəsulova “İnstagram”da mesaj yazmasının səbəbi kimi, qohumuna iş axtarmasını göstərib.

##relatedPostMilli##

Qeyd edək ki, Rəfail Feyziyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, həyat yoldaşını namus üstündə öldürdüyünü deyib: “Oğlumuz, qızımız var. Amma bu yola düşdü. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. Mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, get evdəki kompüterdə mənim şəkillərim var. Sonra gedib evdə həmin şəxsin şəkilini kompüterdə tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? Mənə dedi ki, yaxşı eləmişəm". Elə bu sözə görə də öldürdüm.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 36 yaşlı Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub. R.Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar