Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda yeni park istifadəyə verildi - Fotolar

Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir

Cari ilin may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmiş, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.

Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə əsaslı təmir və abadlıq işləri davam etdirilərək parka əlavə olunmuş, yeni yaradılmış istirahət guşəsi sentyabr ayının 25-də sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular quraşdırılmış, əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri üçün xüsusi uşaq əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən 8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış, 500 kvm qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki parkdakı yürüş zolağına əlavə olunmuş, 1050 kvm əraziyə tamet daşları döşənmiş, 250 p.m bardür daşları qoyulmuşdur.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşdü. Sakinlərlə görüş zamanı Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr barədə sakinlərə geniş məlumat verdi. Görüş zamanı sakinləri maraqlandıran suallar cavablandırıldı, qaldırılan problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar