Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiymətinin aşağı salınması ABŞ üçün niyə əhəmiyyətlidir?

Enerji məsələləri üzrə eskpert: “Donald Trampın belə bir çağırışını başa düşmək olar”

“Bütün dünya ölkələrinin inkişafının təmin edəcək yaxşı bir alət olaraq neftin qiymətlərinin qızıl orta kimi nə çox baha, nə də çox aşağı olmasıdır”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban Donald Trampın neft hasilatını artırmaq məqsəsi ilə OPEK-ə müraciət etməsini və onun nəticəsini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, bu ay brent neftin bir barel üçün qiymətinin 80 dollara çatması prezident Trampı Neft İxrac edən Ölkələrin OPEC təşkilatına qiymətləri salmaq haqda tələblə çıxış etməyə vadar edib. Qiymət artımının səbəbi OPEC üzvü olan isə İrandan ABŞ-ın yeni sanksiyalarına görə neft ixracatının azalması ilə bağlıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bazar günü Əlcəzairdə OPEC və qeyri-OPEK ölkələrinin energetika nazirləri səviyəsində görüşüb. Görüşdən əvvəl isə ABŞ prezidenti Donald Tramp ikinci dəfə OPEC-ə müraciət edərək neft hasilatında kvotanı artıqılmasını istəyib. Tramp benzinin qiymətinin yüksək olmasından şikayətlənir. Ekspertlər hesab edirlər ki, ABŞ-da yanacaq qiymətlərinin yüksək olması noyabr ayında Konqresə ara seçkiləridən öncə respublikaçı Tramp üçün siyasi problem yarada bilər. Xatırladaq ki, noyabr seçkilərində Respublikaçılar partiyasının məğlubiyyəti TRamp üçün impiçmentin qapılarını aça bilər.

Lakin buna baxmayaraq Donald Trampın əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı ABŞ prezidentinin bu təklifini geri çevirib. OPEC təşkilatında lider olan Səudiyyə Ərəbistanı və qrupdan kənarda ən böyük neft istehsalçısı olan Rusiya xam neft hasilatının dərhal artırılmasını istisna edərək, bununla ABŞ prezidenti Donald Trampın bazarı sakitləşdirmək üçün tədbir görmək haqda çağırışlarına rədd cavabı veriblər. “Mən qiymətlərə təsir göstərmirəm”-deyə, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih müxbirlərə bildirib.

Falih Səudiyyə Ərəbistanının hasilatın artırılması üçün həcmə malik olduğunu, lakin bu addımın atılmasına hazırkı məqamda ehtiyacın olmadığını deyib. O bildirib ki, OPEC-in təxminlərinə görə, buna gələn il də ehtiyac olmaya bilər, çünki qeyri-OPEC ölkələri tərəfindən hasilat qlobal tələbat artımından yüksək ola bilər.

“Bazarlar kifayət qədər təmin olunub. Mən dünyada elə bir neft emalı zavodu tanımıram ki, neft axtarsın və onu tapa bilməsin”-deyə Falih bildirib. O əlavə edib ki, Səudiyyə Ərəbistanı lazım olduğu halda hasilatı gündə 1.5 milyon barrelə çatdıra bilər.

Bununlada OPEC və qeyri-OPEK ölkələrinin Əlcəzairdə energetika nazirləri səviyəsində keçirilən görüşü hasilatın artırılmasına dair heç bir rəsmi tövsiyə verilmədən başa çatıb.

Tramp isə öz növbəsində vəziyyətdə tvit atmaqla çıxmağa çalışıb: “Biz Yaxın Şərq ölkələrini qoruyuruq, onlar bizsiz uzun müddət təhlükəsiz ola bilməz, amma onlar yenə də neft qiymətlərinin artırılmasına davam edir! Biz bunu yadda saxlayacağıq. OPEC monopoliyası qiymətləri aşağı salmalıdır!”- deyə Tramp Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Tramp OPEC-in tənqidi ilə ilk dəfədir çıxış etmir. ABŞ-da yanacaq qiymətlərinin yüksək olması isə noyabr ayında Konqresə ara seçkiləridən öncə respublikaçı Tramp üçün siyasi problem yarada bilər.

Hazırkı şəraitdə neftin qiymətinin aşağı salınması ABŞ üçün niyə əhəmiyyətlidir və Trampın bu səyləri neftin qiymətinin ucuzlaşmasına yol aça bilərmi? Ümumiyyətlə Çin və ABŞ arasındakı ticarət müharibəsi, həmçinin Rusiyaİrana qarşı sanksiyalar neft bazarına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.

İlham Şaban: “Çin və ABŞ arasındakı ticarət müharibəsi, həmçinin Rusiyaİrana qarşı sanksiyalar neft bazarına təsir edib”.

Ötən həftə reytinq agentlikləri də özlərinin cari il üçün dünya iqtisadiyyatının inkişaf tempinə dair hesabatlarına korrektə etdiklərini xatırladan enerji məsələləri üzrə eskpert əlavə edib ki, onlar əgər cari il üçün dünya ÜDM-si 3.2 faiz artım proqnoz edirdilərdisə, indi Çin və ABŞ arasındakı ticarət müharibəsi fonunda dünya UDM-nin həmin faizinin 0.1, 0.2 faiz azalacağı gözlənilir:

“Biz dünyadakı ölkələrə nəzər salsaq görəcəyik ki, dünyada təqribən 200 ölkə var. Neft hasil edən ölkələrin siyahısı isə təqribən 70-dir. Ancaq neftlə özünü təmin edən ölkələrin siyahısı 40-dır. Ona görə vacibdir ki, istehlakçı ölkələr nefti əlçatan qiymətdə əldə etsinlər.

Yəni dünyada təbii sərvətlər çox qeyri-mütənasib şəkildə yerləşib. Karbohidorgenlərsiz isə dünya iqtisadiyyatının inkişafı mümkün deyil. Buna görə də ABŞ prezidentinin, yəni dünyanın super fövqəl dövlətinin rəhbəri kimi Donald Trampın belə bir çağırışını başa düşmək olar.

##relatedPostMilli##

Yadımıza salsaq ki, uzaq keçmişdə deyil, 5 illik bundan öncəki dövrdə neftin qiyməti 100 dollardan yuxarı olanda gətirdiyi gəlirlər həmin dövrdə heç də neft hasilatçısı olan ölkələrin iqtisadiyyatına nəsə fövqəl bir inkişaf vermədi. Buna sübut olaraq istər Rusiyanı, istərsə də ərəb dövlətlərini göstərmək olar. Amma həmin ölkələr neftin qiyməti 2-3 dəfə aşağı düşəndə çox böyük təlatüm yaşadılar. Valyutaları dəyrdən düşdü, büdcədə problemlər meydana çıxdı. Bu da onun göstəricisi oldu ki, əslində neftin qiymətinin həddən ziyadə yuxarı olması, onu çox baha satan ölkələrin birinci növbədə özünə ziyandır. Çünki bu izafi xərclərə gətirib çıxardır. İzafi xərclər isə iqtisadiyyatda əlavə dəyər yaradan bir amil kimi çıxış etmir.

Ona görə də ən yaxşı bütün dünya ölkələrinin inkişafının təmin edəcək yaxşı bir alət olaraq neftin qiymətlərinin qızıl orta kimi nə çox baha, nə də çox aşağı olmasıdır. Neftin qiymətinin stabil olması həm istehsalçılar, həm də istehlakçılar üçün çox sərfəlifir.

İlham Şaban: “Əslində neftin qiymətinin həddən ziyadə yuxarı olması birinci növbədə onu çox baha satan ölkələrin özünə ziyandır”.

Əlbəttə ki, Çin və ABŞ arasındakı ticarət müharibəsi, həmçinin Rusiyaİrana qarşı sanksiyalar neft bazarına təsir edib. Ötən həftə reytinq agentlikləri də özlərinin cari il üçün dünya iqtisadiyyatının inkişaf tempinə dair hesabatlarına korrektə etdilər. Belə ki, onlar onlar əgər cari il üçün dünya ÜDM-si 3.2 faiz artım proqnoz edirdilərdisə, indi Çin və ABŞ arasındakı ticarət müharibəsi fonunda dünya UDM-nin həmin faizinin 0.1, 0.2 faiz azalacağı gözlənilir. Həmçinin bu azalma ona gətirib çıxarda bilər ki, artıq növbəti ildə Çinin enerjiyə tələbatı daha azalsın. Çində daha az enerjiyə tələbatı duyulması isə neft və enerji qiymətlərinin aşağı düşməsi ilə səciyələnəcək.

Onu da qeyd edim ki, burada təkcə Çin bazarlarından söhbət getmir. O cümlədən də Avropada, ABŞ-da da ÜDM azalacaq. Yəni iqtisadi temp azalırsa, müvafiq olaraq neftin qiymətləri də azalır”.

Nərminə UMUDLU
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar