Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Şurası qocaman jurnalisti mükafatlandırdı

Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Oqtay Cəfərovla görüş keçirilib

PİA.AZ şuraya istinadən xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 85 illiyini qeyd edən veteran qələm sahibinin ölkə mətbuatının inkişafındakı xidmətlərindən söz açıb.

O bildirib ki, rəhbərlik etdiyi qurumun tərkibindəki Ahıl Jurnalistlər Məclisinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi ömrünü-gününü peşəyə sərf edən jurnalistlərin əməyinin dəyərləndirilməsi baxımından son dərəcə vacibdir: “Oqtay Cəfərov da keçdiyi ömür yolu peşə müstəvisində yüksək qiymətləndirilməli olan şəxslərdəndir.

Oqtay müəllim kimi insanlar daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki onlar peşəni həqiqətən də seviblər, ucaldıblar, hər zaman işlərinə, prinsiplərinə sadiq qalıblar. Eyni zamanda ziyalı kimi də cəmiyyətə nümunə olmağı bacarıblar”.

Əflatun Amaşov Oqtay Cəfərova Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

Görüşdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, “Xalq qəzeti”nin baş redaktor müavini, əməkdar jurnalist Tahir Aydınoğlu, professor Tehman Əliyev, əməkdar mədəniyyət işçisi Rafiq Salmanov yubilyarı peşəkar jurnalist, cəsarətli qələm sahibi kimi səciyyələndiriblər.

Oqtay Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın “Kimyaçı” qəzetinin, “İnşaatçı” qəzetinin, həmçinin “Müxbir” jurnalının baş redaktoru olub. Ömrünün 60 ili mətbuatda keçib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar