Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müslüm Maqomayev haqqında 8 seriyalı bədii film çəkiləcək

Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında "Maqomayev" adlı səkkiz seriyalı bədii filmi çəkiləcək

Bunu Azərbaycanın xalq artisti Emin Ağalarov bildirib.

O deyib ki, oktyabrın əvvəlində Bakıda ekran əsərinin çəkilişləri başlayacaq: “Bu, Rusiyanın “Birinci Kanal”ının layihəsidir. Biz layihəni maliyyələşdirmirik, ancaq kömək etmək üçün əlimizdən gələni edirik. Müslüm Maqomayevi canlandıracaq aktyor seçilib və o, mərhum müğənniyə çox bənzəyir. Ssenari artıq hazırdır. Əvvəl bir neçə versiya var idi. Daha sonra Tamara Sinyavskaya ssenaridə yazarların bilmədiyi bir neçə nüasnsı dəqiqləşdirdi. Tamara Sinyavskayanı canlandıracaq obraz isə hələlik dəqiqləşməyib”.

Qeyd edək ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan müğənni oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

O, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var.

M.Maqomayev 2008-ci ildə 66 yaşında Rusiya paaytaxtı Moskvada vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar