Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəmi sürmək üçün sürücülük vəsiqəsi veriləcək - Qərar

Baş nazir Novruz Məmmədov "Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası"nın təsdiq edib

Qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.

İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

Nəzəri imtahanın nəticələri "məqbul" və "qeyri-məqbul" qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran "məqbul", 8 və daha azını düzgün cavablandıran isə "qeyri-məqbul" qiyməti alır.

İmtahanlardan "məqbul" alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.

Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.(qafqazinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar