Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Railvet” MMC fermerlərə necə ziyan vurur... - Şok faktlar

Azərbaycana baytarlıq dərmanları gətirib satışı ilə məşğul olan “Railvet” firmasının saxtakarlıqları nticəsində ölkədə kütləvi şəkildə mal-qara tələf olub

Şamaxı rayonu Göylər kənd sakini İsmayılov Aqil Əbilcan oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu daxil olub. Narazı vətəndaş yazır:

Azərbaycana baytarlıq dərmanlarının xarici ölkələrdən gətirib satışı ilə məşğul olan “Railvet” firmasının saxtakarlıqları nticəsində respublikada kütləvi şəkildə mal-qara tələf olmuşdur. Həmin şəxslərdən biri mənəm ki, 25 may 2018-ci il tarixdə “Railvet” firmasının gətirdiyi iribuynuzlu heyvanların gənə parazitlərinə qarşı olan diactdol dərmanı alıb qeyd edilən miqdarda su ilə qarşıdırıb mal-qaramı təlimata uyğun çimizdirdim. Bundan bir-neçə dəqiqə sonra 13 baş iribuynuzlu inəklərim tələf oldu. Bunun isə həmin diactdol adlı dərmandan baş verdiyi mənə izah edildi. Sonradan öyrəndim ki, “Railvet” firmasının gətirdiyi həmin diactdol adlı dərmandan iki il ərzində Azərbaycanda yüzlərlə iribuynuzlu heyvanlar tələf olub. Bu dərmanı İoradiya ölkəsindən Azərbaycana gətirən “Railvet” firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib həbsə atılmalıdır.

Çünki həmin dərmanın istifadəsinin təhlükəli olması tam subut olunub.Belə ki, Ralivet firamsının Azərbaycana gətirdiyi diactdol adlı dəmandan 2017-ci ilin noyabr ayı tarixində istifadə etmiş Ucar rayon Bərgüşad kənd sakininə məxsus 16 baş iribuynuzlu mal-qara tələf olmuşdur. Həmin şəxsin şikayətindən sonra “Railvet” firmasının 3 əməkdaşının və diactdol dərmanını istehsal edən İordaniya ölkəsinin Bassan adlı vətəndaşının iştirakı ilə Ucar rayonu Bərgüşad kəndində eksperiment aparıldı. Həmin eksperiment canlı video çəklişlə aparıldı ki, nəticədə də diactdol dərmanı ilə yuyulan inək nümayəndələrin gözü qarşısında tələf oldu. Bununlada öz maddi maraqlarına görə kütləvi mal-qara tələfatına yol verən “Railvet” firmasının sahibi Raufun bəhanələrinə son qoyuldu və ifşa olundu. Hansı ki, həmin eksperimentə qədər diactdol dəmanından baş vermiş təlafatın peraparatdan düzgün istifadə edilməməsi bəhanələri gətirilirdi.Həmin video çəklişlə aparılan eksperiment zamanı orada Ucar rayon baytarlıq xidmətinin əməkdaşı və digər vəzifəli şəxslərdə iştirak ediblər. Bütün bunlar video çəkilşdə var”.

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: “Qeyd edim ki, Ucar rayonu Bərgüşad kəndində aparılan eksperiment video çəklişinə şəxsən baxmışam və yaxın günlərdə ictimayiyyətə təqdim olunacaq. Buda tam hüquqi əsas verir ki, kənd təsərrüfatına, Azərbaycan xalqına kütləvi ziyanlar vuran “Railvet” firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib həbsə atılsın. Həttda öz cinayət əməlini gizlətməyə çalışan Railvet firmasının sahibi Rauf video çəklişin yayaılmaması üçün Ucar rayon Bərgüşad kənd sakininə dəymiş ziyanı oradaca ödəmişdir. Həmin kadrlarda video çəklişdə var. Railvet firmasının gətirdiyi dictdol dərmanından tələf olmuş 13 baş mal-qaranın dəyərinin mənə ödənilməsi üçün mərkəzi orqanlara etdiyim şikayətlərə müsbət cavab ala bilməmişəm.

Çünki “Railvet” firmasının sahibi Rauf öz əməlinin üstünü ört-basdır etmək üçün dərmandan düzgün istifadə etmədiyimizi bəhanə gətirir. Ancaq yuxarıda qeyd etdiyim kimi Railvet firmasının Azərbaycana gətirdiyi dactdol dərmanının mal-qara üçün ciddi təhlükə olması video faktla subut olunub.Həmçinin onuda qeyd edim ki, Railvet firmasının Azərbaycana xarici ölkələrdən gətirdiyi baytarlıq dəmanlarının istifadə təlimatları tərcümə olunmur. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova , Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova, Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə və Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayevə müraciət edib xahiş edirəm kənd təsərrüfatına, fermerlərə kütləvi ziyanlar vuran Railvet firmasının sahibi Rauf haqqında cinayət işinin başlanılıb barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Bu yaramazın cinayət əməlləri artıq video faktlarla tam subut olunmuşdur.Həmin video yaxın günlərdə ictimailəşdiriləcək”. (dia.az)

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar