Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - Ukraynada

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub

Səfirliyin blankı, Azər Xudiyevin imzası olan məktub heyrət doğurmaya bilmir. Belə ki, cənab səfir Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakyana məktub ünvanlayaraq ona olan simpatiyasından, hörməti-izzətindən ağız dolusu bəhs edir.

Məktubdan oxuyuruq ki, səfir Azər Xudiyevin bu qədər “dil-ağız” etməsinin səbəbi Avakyanla görüşmək istəyidir. Təkcə görüşməkmi? Bir görüş üçün bu qədər dil tökmək nəyə lazım? Hər halda diplomatik yazışma, protokol da bunu tələb etmir. Əlbəttə ki, yox…

Məktubun ortasında Arsen Avakyan Ukraynada yaşayan tanınmış bir azərbaycanlını şikayət edən Azərbaycanın səfiri onun haqqında ölçü götürülməsini xahiş edir. Şikayət etdiyi adamın guya Azərbaycanın Ukraynadakı səfirliyinin vəsiqəsini gəzdirməkdə, həmin vəsiqədən hansısa yerlərdə (!?) istifadə etməkdə ittiham edən Azər Xudiyev faktiki olaraq bu ölkədə yaşayan soydaşlarımıza qarşı “səlib yürüşü”nə çıxıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əslində erməni Avakyana şikayət olunan azərbaycanlının diplomat olduğu bildirilir. Əgər həqiqətən də (bu barədə araşdırmamız davam edir) səfirin Avakyana “danosladığı” azərbaycanlı həqiqətən də diplomatdırsa, o halda bu adam səfirliyin adından, vəsiqəsindən niyə istifadə etsin ki? Yaxşı, bu adam haqqında niyə Azərbaycan XİN-ə deyil, erməni nazirə şikayət olunsun. Bu etkidirmi?

Əslində A.Xudiyevin şikayət etdiyi təkcə sözügedən məktubda qeyd olunan azərbaycanlı deyil. Cənab səfir başqa azərbaycanlılar haqqında da Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərib. Bir səfirin işi bundan ibarətdirmi? Prezident Azər Xudiyevi azərbaycanlılara divan tutmaqçünmü Ukraynaya göndərib? Bu nə rəzalət? Axı nə baş verir?

Məsələ ondan ibarətdir ki, Azər Xudiyev Ukraynaya təyin olunandan sonra bu ölkədə yaşayan azərbaycanlıların hakimi-mütləqi olmaq istəyir. Hamı ona itaət etməli, dediyi ilə oturub-durmalı, bir sözlə onun və bir-iki iş bilməz əlaltısının sözündən, hökmündən çıxmamalıdırlar. Bu isə mümkün deyil. Əlbəttə, mümkün olmayanda da zərbə sadə, vətənpərvər azərbaycanlılara dəyir. O azərbaycanlılara ki, illərdir Ukraynada yaşayır, Azərbaycan üçün təmənnasız çalışır, dövlətimizi layiqincə təmsil etməyə çalışırlar.

Mövzunu davam etdirəcəyik. Təsdiq üçün gözlədiyimiz maraqlı video-görüntülər, fotolar, sənədlərdən ibarət faktlar var.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar