Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astroloq: Müxalif bürclər evlənməsin - Video

Nə qədər etiraf etməsək də, hər birimiz qarşı tərəfin hansı bürc, yaxud ildən olduğu ilə maraqlanır, növbəti ilin və ya günün astroloji xüsusiyyətlərini araşdırır, bizə düşərli olub-olmayacağını öyrənmək istəyirik

Bəziləri isə hətta ciddi qərarlarda belə bürclərin proqnozu ilə hərəkət edir, münasibəti bu meyarlar üzərində qurur, uyğun gəlməzsə, dərhal həmin şəxslə əlaqəni kəsirlər.

Astroloq Səbuhi Rəhimli isə evliliyin bürclərlə əlaqələndirilməməsini tövsiyə edir.

O qeyd edir ki, kosmik ahəngin insanlara təsiri xarakter və davranışda dəyişikliyə gətirib çıxara bilir.

Astroloq müxalif bürcləri də açıqlayıb.

“Müxalif bürclər bir yerdə tamdırlar, amma birləşməyi bir az çətindir. Birləşsələr, birlikdə xariqələr yarada bilərlər. Buğada əqrəb, əkizlərdə oxatan, xərçəngdə oğlaq, şirdə dolça, qızda da balıq. Yəni özündən sonrakı altı ay sənin düşmənin sayılır”.

Psixoloq Təhminə Çələbi isə hesab edir ki, bəzi insanlar öz həyatlarının məsuliyyətini başqalarının üstünə atır:

“Əgər ciddi qərarlarda kimsə bürclərin proqnozu ilə hərəkət edirsə, deməli, həmin şəxs psixoloji cəhətdən zəifdir”.

Psixoloq qeyd edir ki, insanı tanımağın ən gözəl yolu ona zaman verməkdir:

“İmkan verməyin ki, bürclər sizin taleyinizə təsir etsin. Seçdiyiniz insanla vaxt keçirməyə, onu tanımağa çalışın”.

Baku TV-nin mövzu ilə əlaqədar hazırladığı reportajı təqdim edirik:

pia.az


Etiket: Bürclər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar