Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzər dənizində bir neçə burulğan müşahidə olunub”

Xəzərdə son günlər təbii fəlakətin olmasını nə təsdiqləmək, nə də inkar etmək mümkündür

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva
Bakı. 24 sentyabr. REPORT.AZ/ "Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalar Xəzər dənizi üzərində hər hansı təbii fəlakət qeydə almayıb".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, stansiyalarda son günlər təbii fəlakətlə bağlı hər hansı məlumat qeydə alınmaması səbəbindən hadisənin dəqiq vaxtı və başvermə ərazisini nə təsdiqləmək, nə də inkar etmək mümkündür: "Sosial şəbəkələrdə yayılan video görüntüdə müşahidə etdiyimiz proses smerç (burulğan) hadisəsidir. Bu hadisə Xəzər dənizi akvatoriyası üçün demək olar ki, nadir hadisədir. Smerçlərə - partlayan meteoroloji hadisə deyilir. Smerç- buludların altında yaranan güclü, lakin kiçikmiqyaslı burulğan, vertikal, bəzən əyilmiş oxa, tünd rəngli bulud sütununa bənzəyir. Smerçin yaranması, atmosferin aşağı qatlarında atmosfer stratifikasiyasının xeyli qeyri-stabiliyi ilə səciyyələnir. İqlimşünaslar tərəfindən yarıməsrlik meteoroloji məlumatları analiz edərkən qeyd edirlər ki, smerçlərin yaranması riski artır. Mülayim qurşaqda yerləşən ölkələr üçün bu nadir hadisədir".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mütəxəssis qeyd edib ki, smerç hadisəsi praktiki olaraq qabaqcadan proqnozlaşdırılması, hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir: "Onların yaranması və inkişafı sayılı dəqiqələr arasında baş verir. Müasir rəqəmli modellər vasitəsi ilə smerçlərin yaranma yerini və vaxtını təyin etmək hələ ki, mümkün deyil. Smerç proqnozunun qəliz məsələ olduğunu ABŞ-ın hidrometeoroloji xidmətinin hesabatlarından da görmək olar. Belə ki, 1990-cı illərdə yalnız 6 dəqiqə qabaqcadan smerçin olmasını müəyyən etmək olardı, hazırda isə bu müddətin 15 dəqiqə qabaqcadan göstərilməsi böyük nailiyyət kimi qiymətləndirilir. Bu proses baş verdikdə müasir radiolokatorlar vasitəsi ilə prosesin inkişafını və hərəkət trayektoriyasını izləmək olar. Lakin qeyd etmək lazımdır ki, risklərin olması və hadisənin baş verməsi, bu fərqlı anlayışlardı. İstənilən proqnoz bir fərziyyədir".

U.Tağıyeva xatırladıb ki, son onilliklərdə Xəzər dənizinin şimal akvatoriyasında (Qazaxıstanda, Mahaçqalada) belə burulğanlar müşahidə olunub.

pia.az


Etiket: Xəzər Burulğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar