Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda terror aktlarının həyata keçirilməsi daha çox kimlərin maraqlarına cavab verir?

Politoloq: “İran İŞİD-ə qarşı mübarizə aparan dövlət kimi öz ərazisində də terror aktlarından sığortalanmanın variantlarını genişləndirməliydi”

“Əhvaz terror hadisəsinin İran - ABŞ münasibətlərinə təsiri olmayacaq. Bu terror hadisəsinin region dövlətlərinə təsiri olacaq”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu şənbə günü İranın cənub-qərbində hərbi parad zamanı törədilmiş hücuma görə Həsən Ruhaninin bir çox ölkələri günahlındırmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər həlak olub, təxminən 70 nəfər isə yaralanıb. İran prezidenti Həsən Ruhani şənbə günü ölkənin cənub-qərbində hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Şatları və onun Körfəz bölgəsindəki müttəfiqlərini günahlandırıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl Tehranda danışan Ruhani deyib ki, “Amerika dünyanın qalan hissəsinə münasibətdə özünü xuliqan kimi aparır”. İran prezidenti ölkəsinin hücuma cavabının “qanuna və milli maraqlara uyğun olaraq”, veriləcəyini bidirib. Ruhani ABŞ-ın öz “təcavüzkarlığına” görə təəssüf edəcəyini deyib.

Ruhani şənbə günü 28 adamın ölümü və təxminən 70 nəfərin yaralanması ilə nəticələnmiş hücuma görə günahlandırdığı ölkələrin adlarını çəkməyib. Lakin İran prezidenti ABŞ-ın yaxın hərbi müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ya da Bəhreyni nəzərdə tuta bilər. Körfəzdəki müttəfiqlər Tehranı Yaxın Şəqrdə militant qruplara dəstəyinə görə regional təhlükə hesab edir. İran həmçinin bir sıra Avropa ölkələrini də separatçı terror təşkilatını meüdafiə etməkdə günahlandırıb. “Siz Avropada terror törədilmədikcə terrorçuları təqib etmirsiniz”, İran prezidenti bildirib.

ABŞ-ın BMT-dəki səfiri isə Nikki Heyli hücumu qınayıb, lakin deyib ki, ölkənin rəhbərləri iğtişaşların arxasında dayanan səbəbləri tapmaq üçün öz ölkələrinə baxmalıdır.

“Ruhani öz xalqına uzun zamandır zülm edir və bunun haradan gəldiyini anlamaq üçün öz bazasına baxmalıdır. İran xalqı bezib və bunun hamısı buradan gəlir. O bizi hər şeydə günahlandıra bilər. Amma onun güzgüyə baxması lazımdır”, Nikki Heyli CNN tele-kanalına müsahibədə bildirib.

İranda bu tipli terror aktlarının həyata keçirilməsi daha çox kimlərin maraqlarına cavab verir? İranın özünün, Səudiyyə Ərəbistanının, yoxsa ABŞ və İsrail alyansının? Həmçinin nüvə razılaşmasına görə onsuz da gərgin olan İran ABŞ münasibətləri bu terrordan sonra daha da alovlana bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “ABŞ İranı ya özünün canişini təyin edəcək və İrana özünün bütün şərtlərini qəbul etdirəcək, ya da ABŞ - İran müharibəsi, yəni ABŞ-ın İrana hücumu qaçılmaz olacaq”.

Belə bir dövrdə Əhvaz kimi yerdə terror hadisəsi törədilirsə və bu terrora görə ABŞ-ı, Səudiyyə Ərəbistanını, İsraili, İngiltərəni, Hollandiyanı, Danimarkanı günahlandırmağın məntiqə uyğun gəlmədiyini vuğulayan politoloq Mübariz Əhmədoğlu PİA.AZ-a açıqlamasında qeyd edib ki, İran hər işdə məntiq axtarırsa, ilk növbədə öz ərazisinə baxsın. İran deyir müsəlman zülmə qarşı mübarizə aparmalıdır. Elə İran vətəndaşları orada zülm içində yaşayırlar:

“Mən harda olmağından asılı olmayaraq bütün terror hadisələrini pisləyirəm. O cümlədən şənbə günü İranda törədilən terror hadisəsini də pisləyirəm. İran İŞİD-ə qarşı mübarizə aparan dövlət kimi öz ərazisində də terror aktlarından sığortalanmanın variantların genişləndirməliydi.

Təbii ki, İranın düşmənləri və İranla rəqabətdə olan dövlətlər var. Ən azı həmin dövlətlər sevinəcəklər. Yəni hesab edirəm ki, ABŞ öz məqsədinə çatmaq üçün İranın daxilində gərginliyə maraqlıdır. Amma İran daha çox öz daxili siyasətinə əl gəzdirsə, daha yaxşı olar. Çünki Əhvaz şəhərindəki terror hadisəsindən əvvəl, əhali orada uzun müddət etiraz aksiyaları keçirib.

Əhvaz şəhəri İranın ən böyük neft-qaz regionudur. İranın xaricə ixrac etdiyi neftin-qazın təxminən 80 faizi o regionlarda istehsal olunur. Amma buna baxmayaraq Əhvazda neftin-qazın çıxmasının yaratdığı ekoloji problemler var ki, həmin problemlər əhalini yaşamağa imkan vermir. Həmçinin orada bəzən havanın 50 dərəcəni keçməsini baxmayaraq normal su yoxdur. Yəni suyun insan üçün nə qədər faydasının olmağı bir yana, 50 dərəcə temperaturda yaşayan insana su artıq həyat deməkdir.

Mübariz Əhmədoğlu: “Əhvazda neftin-qazın çıxmasının yaratdığı ekoloji problemler var ki, həmin problemlər əhalini yaşamağa imkan vermir”.

Eyni zamanda bildiyimiz kimi İran İslam dövlətidir. Müsəlmançılıq qaydalarını su olmadan icra etmək mümkün deyil. Baxmayaraq ki, Əhvaz enerji mənbəyidir, amma orada yaşayan əhaliyə enerji çatmır. Əhvaz əhalisinin bəzilərinin evində kondisioner var, amma enerji olmadığına görə işlədə bilmirlər. Hətta orada şagirdlər dərsləri məktəblərde deyil, tövlələrdə keçirlər. Yəni Əhvazdə sosial-iqtisadi problemlər hədsiz çoxdur. Mən dini, təriqət mövzularına toxunmaq istəmirəm. Amma Əhvazdə yaşayan və milliyətcə ərəb olan əhalinin böyük əksəriyyəti hal-hazırda həyatla ölüm arasında vuruşur.

##relatedPostMilli##

Belə bir dövrdə Əhvaz kimi yerdə terror hadisəsi törədilirsə və bu terrora görə ABŞ-ı, Səudiyyə Ərəbistanını, İsraili, İngiltərəni, Hollandiyanı, Danimarkanı günahlandırmaq məntiqə uyğun gəlmir. İran hər işdə məntiq axtarırsa, ilk növbədə öz ərazisinə baxsın. İran deyir müsəlman zülmə qarşı mübarizə aparmalıdır. Elə İran vətəndaşları orada zülm içində yaşayırlar. İranda yaşayan insanlar ya müsəlman olmalıdırlar, ya da müsəlmançlıqdan çıxmalıdırlar ki, gərək deyilə ki, bu terroru ABŞ törədib.

Allah bir də heç vaxt İrana terror aktı qismət etməsin. Amma düşünürəm ki, İran öz vətəndaşlarının problemləri ilə məşğul olmursa, bundan sonra da orada müxtəlif etiraz aksiyaları üzə çıxa bilər.

Mübariz Əhmədoğlu: “İran çalışacaq ki, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn kimi dövlətlərin ərazisinə quruplar göndərsin ki, guya orada terrorçu tapıblar və həmin terrorçuları öldüməklə məşğuldurlar”.

Mən hesab edirəm ki, Əhvaz terror hadisəsinin İran - ABŞ münasibətlərinə təsiri olmayacaq. Bu terror hadisəsinin region dövlətlərinə təsiri olacaq. Çünki İran təzə düsturla hərəkət edir. Belə ki, kim ki, İrana qarşı terror hadisəsi törədir İran həmin terror hadisəsinə qarşı harda olmağından asılı olmayaraq mübarizə aparacaq.

İran silahlı qüvvələrinin Baş qərargah rəis Məhəmməd-Hüseyn Baqiri bəyan etdi ki, terrorçular dünyanın harasında olsa da tapacağıq və onlara qarşı mübarizə aparacağıq. İran çalışacaq ki, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn kimi dövlətlərin ərazisinə quruplar göndərsin ki, guya orada terrorçu tapıblar və həmin terrorçuları öldüməklə məşğuldurlar. Buna görə də İranda baş vermiş terror aktının ABŞ - İran münasibətlərinə zərrə qədər dəxli olmayacaq. ABŞ - İran münasibətlərinin özünün axarı var. Bu axar üzrə də həmin münasibətlər davam edəcək.

Onu da qeyd edim ki, ABŞ İranı ya özünün canişini təyin edəcək və İrana özünün bütün şərtlərini qəbul etdirəcək ya da hesab edirəm ki, ABŞ - İran müharibəsi, yəni ABŞ-ın İrana hücumu qaçılmaz olacaq”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar