Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cənubi Qafqazda münaqişələrin həlli ABŞ üçün pioritet qalmaqdadır”

“Dünyanın iki nüvə ölkəsi olan ABŞ və Rusiya arasında dərinləşən problemlər iki ölkənin konfliktlərin birgə həllində əməkdaşlığını mümkünsüz edir”

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir

Vaşinqtonun Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməsi, Suriya və Şərqi Avropada hərbi--siyasi toqquşma riskləri hər keçən gün daha da təhlükəli amil almaqdadır. Ötən ay Helsinkidə Tramp və Putin görüşü də iki dövlət arasında artmaqda olan problemlərin həllinə yaşıl işıq yandırmadı. Bu onu göstərir ki, yaxın perspektivdə Kreml və Ağ Ev kompromislərə gedəcəyi görünümür. Çünki, Kremlin xarici siyasətində kardinal dəyişiliklərə əsasən, Rusiya mütləq şəkildə SSRİ dövründə öz beynəlxalq nüfuzunu bərpa etmək planını həyata keçirir. ABŞ-da Rusiyanın bu planının qarşısını almaq üçün sanksiyalarını genişləndirir. Davam edən problemlər fonunda prezudentlərin Helsinki görüşü kimi, bundan sonrakı prezidentlərin mümkün təmasları da nəticəsiz olacaq.

Bir məsələni qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi M. Pompeo qeyd edir ki, Rusiya ilə xarici siyasətdə maraqlarımız və dəyərlərimiz fərqlidi. Göründüyü kimi iki ölkənin ümumiyyətlə maraqları və dəyərləri fərqlidirsə, onda regional və beynəlxalq konfliktlərin həlli üçün yaradılan formatlarda iki ölkə necə əməkdaşlıq edər? Suriyada Ağ Ev və Kreml hərbi toqquşma riski ilə üz-üzədir. NATO çətiri altında Şərqi Avropada da, həmçinin. Bundan əlavə, Vaşinqton Rusiyaya qarşı iqtisadi müharibə aparır. Bu iqtisadi müharibə Rusiyanı ciddi şəkildə zəiflədir, milyardlarla vəsait itkisinə məruz qoyur. Rusiyanın bu itkiləri onun hər hansı bir müharibədə itirdiklərinə bərabərdi. Məhz, belə olan təqdirdə Qarabağ konflikti üzrə iki ölkənin "Minsk qrupunda" birgə fəaliyyəti mümkünsüzdü. Minsk formatı hazırda ölü bir bir format kimi öz mahiyyətini itirib. Bir neçə il bundan əvvəl, iki ölkə müəyyən məsələlərdə fikirləri üst-üstə düşürdüsə, indi isə, bu qeyri-mümkün hala gəlib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hazırda ABŞ, Rusiya ilə kardinal fikir ayrılıqlarına görə demək olar ki, Qarabağ münaqişəsinin həllində qırağa çəkilib. Qarabağ münaqişəsinin həlli prosesdə Rusiya fəallıq etməyə çalışır. Kremlin irəli sürdüyü şərtlər isə, bu ölkənin Cənubi Qafqazda dayanaqlığını təmin etməkdir.

Qeyd edim ki, ABŞ-ınnölkəmizə səfir təyinatı gecişir. ABŞ səfiri hər bir ölkədə ABŞ dövlətinin təmsil olunduğu ölkəyə marağının artmasında mühüm rol oynayır. Bütün ölkələrdə səfirlərin fəaliyyəti ABŞ üçün pioritet təşkil edir. Ona görə də ölkəmizdə ABŞ səfirinin olmaması, Vaşinqyonun bir qədər konfliktin həllində Bakı ilə təmaslarında fasilə yaranıb. Ağ Ev ölkımizə səfir təyinatını Dövlət Departamentinin hərbi məsələlər üzrə işçisinin reallaşdırsa, Vaşinqton və Bakı arasında münaqişənin həllində diplomatik təmasların artmasına gətirib çıxarar. Əvvəlki səfirlərdən fərqli olaraq, yeni göndərilən səfir regionun geosiyasi şəkilləndirilməsidə iştirak edəcək. Hesab edirəm ki, hərbi məsələlər üzrə təyinatlı şəxsin səfir kimi göndərilməsi, ABŞ-ın münaqişənin həllində yeni mərhələyə keçə bilər. Çünki, Cənubi Qafqaza ABŞ diqqəti ayırmaqdadır.

Qeyd edim ki, ABŞ Qarabağ münaqişəsini artıq Rusiya ilə birgə həllində maraqlı deyil. Rusiyasız çalışacaq ki, regionda dəyişiliklərə imza atsın. Bunu da region ölkələri ilə əməkdaşlıq çərçivəsində edəcək.
Suriya və Şərqi Avropada problemlərə baxmayaraq, Cənubi Qafqazda münaqişələrin həlli ABŞ üçün pioritet qalmaqdadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar