Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci forumu başlayıb

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu keçirilir

Tədbirə 45 ölkəni təmsil edən 220-dən çox qonaq qatılıb.

Əqli məhdudiyyəti olan və olmayan 120 gənc liderin də iştirak etdiyi forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər, əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə, öz ölkələrində daha inkluziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayacaqlar.

Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük forum Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir.

“Bu gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyətləri olan insan və ümumilikdə hamı üçün inkluzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər. Onlar Bakıda müxtəlif layihələr vasitəsilə inkluziv dünyanın toxumlarını yaradacaq, evlərinə qayıtdıqdan sonra isə bütün dünyada bu toxumları əkəcəklər” – Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri d-r Timoti Şriver deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Forumda həmçinin Xüsusi Olimpiya hərəkatında akkreditasiya olunmuş proqramları, məktəbləri, idman klublarını və yerli icmaları təmsil edən daha yaxşı nəsildən olan liderlər iştirak edəcək və gəncləri dəstəkləyəcəklər. Biznes qurumlarının, hökumətlərin, xidmət və beynəlxalq təşkilatların nümayəndələri və Xüsusi Olimpiya hərəkatının məqsədlərinə sadiq olan bir neçə tanınmış idmançı forumun işində vacib rol oynayacaq və gənc liderləri ilhamlandıracaq.

Xüsusi Olimpiya hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inkluziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inkluzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyalar və fəaliyyətlər barədə öyrənəcəklər ki, bu da Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inkluziv dünyanı təşviq etməyə kömək edəcək.

##relatedPostMilli##

Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələri malik olan ölkədir: "Biz dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyuruq. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara – verdiyimiz dəyəri nümayiş etdiririk. Daha inkluziv dünyaya yeni körpü kimi, bu forum cəmiyyətdən təcrid olduğunu hiss edən hər kəsə ümid mayakı kimi çıxış edəcək”.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inkluzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Bu səy çərçivəsində 8500-dən artıq gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klublarında inkluziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar