Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA dünyanın ən yaxşı baş məşqçisi və futbolçusunun adını açıqlayacaq

Bu gün FIFA Böyük Britaniyanın paytaxtı Londonda “The Best” mükafatının qaliblərini açıqlayacaq

Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirdə 2018-ci ilin ən yaxşı baş məşqçisi və futbolçusu elan olunacaq.

Mərasimə FIFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb.

Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib. 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib. Tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

FIFA-nın fərqli nominasiyalar üzrə təsis etdiyi "The Best" mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına xorvatiyalı Luka Modriç ("Real Madrid"), misirli Məhəmməd Salah ("Liverpul") və portuqaliyalı Kriştianu Ronaldu ("Yuventus") namizəddir. Ən yaxşı baş məşqçi isə fransalılar - Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) və ya Zlatko Daliç (Xorvatiya millisi) seçiləcək.

Tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın “Fair Play” müskafatı təqdim edəcək. Həmçinin, FIFA/FIFPro World 11 versiyasına əsasən, ilin simvolik komandası açıqlanacaq.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Bu dəfə son 12 ildə ilk dəfə olaraq Argentina millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messi ən yaxşı futbolçu nominasiyası üçün yekun siyahıda yer almayıb.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar