Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robotların insana bənzəməsi bizi nə üçün qorxudur? –ABŞ alimlərinin rəyləri

Tədqiqatçılar hər cür iş görməyi bacaran robotlar üzərində çalışırlar

İndi isə bütün bu bacarıqlara əlavə olaraq, robotlar həm də xarici görünüşlərinə görə insana bənzəməyə başlayır. Bu bənzərlik isə insanları narahat edir.

Robotlar müxtəlif formada və ölçülərdə olur. Bəziləri insanları gülümsəməyə məcbur edir. Digərləri isə insanlara oxşadığından onları rahatsız edir. Tədqiqatçılar da onların arasındadır.

Virtual İnsan Tədqiqatı Mərkəzinin direktoru Conatan Qratç bu barədə danışıb: “Mən onların necə çalışdığını bilirəm. Bilirəm ki, onlar maşındır. Lakin insana bənzəsələr də insana xas olmayan hərəkətləri adamı bir qədər narahat edir.”

Getdikcə daha çox insan bu cür narahatlıqlar hiss etdiyini bildirir. Kompüter elmi və psixologiya professoru olan Qratç deyir ki, bu narahatlığın bir neçə izahı var. İzahlardan biri bunun bioloji olması ilə bağlıdır. İnsanlar instinktiv olaraq nəyinsə doğru olmadığı hiss edirlər: “Mən tədqiqatımda emosiyaları və digərlərin düşündüyünü bilmək üçün emosiyalarımızı necə istifadə etdiyimizi öyrənirəm. Fikrimcə problem ondadır ki, sən reala bənzər bir şey hazırlayırsansa, ondan informasiya oxumağa çalışanda anlayırsan ki, aldığın doğru informasiya deyil. Bununla da ünsiyyətiniz alınmır.”

Başqa bir izah da robotların insana bənzəməsinin insanlıq anlayışına hədə olmasındadır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“İnsanlar hər zaman yeganə ağıllı varlıq hesab ediliblər. İndi isə biz öyrənirik ki, heyvanlar da insanların etdiyi bəzi şeyləri edə bilir. Biz görürük ki, maşınlar da zəka sahibi olmağa başlayırlar. Bu vəziyyətdə bizim təsəllimiz robotlardan fərqli olaraq bizim emosional varlıq olmağımızdır. Lakin indi görürük ki, maşınlar da emosional olmağa başlayırlar. Bu bizi hara aparır?” – deyə Qratç vurğulayır.

Cənubi Kaliforniya Universitetinin robotiks tədqiqatçısı Con Rebula humanoid robotun hazırlanması üzərində çalışır. Hermes adlı robot insan kimi gəzə bilir. Con deyir ki, robotun üzü əhəmiyyətli deyil və yalnız kosmetik məna kəsb edir: “Biz bu robotları söküb-yığdığımız tədqiqat maşınları kimi görürük. O səbəbdən də bizə bu kosmetik məqamlara fikir verməmək asandır” – deyə o bildirir.

Hermes xoş təsir bağışlayır. Amma insana daha çox bənzəməyə başlasa necə?

“Mən əmin deyiləm ki, insana bənzər robot ilə bütün günü laboratoriyada qalmaq istərdim. Biz burada çoxlu gecələr keçiririk. Bəzən olur ki, düzgün çalışmadıqları üçün robotların üzərinə qışqırırıq. İnanmıram ki, bunun daha da qəribə bir forma almasını istərdim” –deyə Rebula qeyd edib.

İnsanlarla işləməli olan maşınları hazırlayan tədqiqatçılar bu narahatlıq fenomeninin nəzərə almağa çalışırlar. (Amerikanın Səsi)

pia.az


Etiket: robot alim

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar