Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyada Azərbaycanın voleybol millisi üçün ziyafət verilib

Yaponiyanın Senday şəhərində təlim-məşq toplanışında Azərbaycan və İtaliyanın qadın voleybolçulardan ibarət milli komandaları, eləcə də hər iki ölkənin səfirləri üçün ziyafət təşkil edilib

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəhər merinin ziyafətində Azərbaycanın Yaponiyadakı səfirinin müşaviri Fərid Talıbov və millinin baş məşqçisi Faiq Qarayev çıxış edib.

Qarayev belə bir tədbir təşkil etdiyi üçün merə təşəkkürünü bldirib. O deyib ki, dünya çempionatında iştirak etmək böyük uğurdur: "Ölkəmizdə idmana böyük diqqət və qayğı var. Burada olmağımız da diqqətin nəticəsidir".

Talıbov da təşkilatçılığa görə minnətdarlıq ifadə edərək, "Dünya çempionatında iştirak etdiyi üçün millimizi, xalqımızı təbrik edirəm. Bu, böyük nailiyyətdir. Çempionatın başlamasına artıq sayılı günlər qalıb. Komandamıza uğurlar arzulayıram" deyib.

Qeyd edək ki, Azərbaycan millisi İtalya ilə 25-26 sentyabrda iki yoldaşlıq görüşü keçirəcək. Dünya çempionatı isə sentyabrın 29-da start götürəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar