Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ özünü xuliqan kimi aparır”

Ruhani Vaşinqtonu terrora görə peşman edəcəklərini vəd edir

İran prezidenti Həsən Ruhani hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Şatları və onun Körfəz bölgəsindəki müttəfiqlərini günahlandırıb.

BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl Tehranda danışan Ruhani deyib ki, Amerika dünyanın qalan hissəsinə münasibətdə özünü xuliqan kimi aparır. İran prezidenti ölkəsinin hücuma cavabının qanuna və milli maraqlara uyğun olaraq veriləcəyini bidirib. Ruhani ABŞ-ın öz təcavüzkarlığına görə təəssüf edəcəyini deyib.

Ruhani şənbə günü 25 adamın ölümü və təxminən 70 nəfərin yaralanması ilə nəticələnmiş hücuma görə günahlandırdığı ölkələrin adlarını çəkməyib. Lakin İran prezidenti ABŞ-ın yaxın hərbi müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ya da Bəhreyni nəzərdə tuta bilər. Körfəzdəki müttəfiqlər Tehranı Yaxın Şəqrdə militant qruplara dəstəyinə görə regional təhlükə hesab edir:

“Bu regionda gördüyümüz kiçik təmənnalı ölkələrin hamısı Amerika tərəfindən dəstəklənir. Onları təhrik edən və onları belə cinayətləri törətmək üçün lazımi vasitələrlə təmin edən amerikalılardır”.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli hücumu qınayıb, lakin deyib ki, ölkənin rəhbərləri iğtişaşların arxasında dayanan səbəbləri tapmaq üçün öz insanlarına baxmalıdır.

“Ruhani öz xalqına uzun zamandır zülm edir və bunun haradan gəldiyini anlamaq üçün öz bazasında baxmalıdır. İran xalqı bezib və bunun hamısı buradan gəlir. O bizi hər şeydə günahlandıra bilər. Amma onun güzgüyə baxması lazımdır”, Nikki Heyli CNN telekanalına müsahibədə bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

ABŞ Dövlət Departamentinin sözçüsü Heyze Nauert hücumla bağlı açıqlamasında bildirib: “Biz radikal islamçı terrorizmin bəlası qarşısında İran xalqı ilə bir dayanırıq və bu ağır zamanda onlara təəssüfümüzü bildiririk”.

İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən illik hərbi parad zamanı əsgər forması geymiş militantların törətdiyi hücum son on ildə ən çox insan ölümülə nəticələnmiş bir hücumdur. Televiziyada paradın canlı yayımı zamanı atəşlərin açıldığı zaman qadınlar və uşaqların, eləcə də hərbi parad zamanı addımlayan İnqilabi Qvardiyanın əsgərlərinin qaçmasını görmək mümkün olub.

Britaniya, Danimarka və Nederlandın səfirləri hücumu törədən terrorçu qrupun üzvlərinin gizlədilməsi iddiası ilə bazar günü Xarici İşlər Nazirliyinə çağırılıb.

Tramp administrasiyasının nüvə sazişindən çıxmasından sonra razlığa görə yüngülləşdirilmiş sanksiyaların yenidən qüvvəyə minməsi gərginliklərin daha da artmasına səbəb olub. ABŞ administrasiyası eyni zamanda, İrana qarşı Vaşinqtonun Tehranın regionda bəd əməllər adlandırdığı fəaliyyətlərinə son qoyması üçün təzyiqləri artırıb.

Bununla belə, ABŞ hökuməti şənbə günü törədilmiş hücumu ən kəskin şəkildə qınayıb. Birləşmiş Ştatlar bütün terror hərəkətlərini və günahsız insanların həyatını itirməsini qınadığını bildirərək, hadisəyə görə təəssüfünü ifadə edib. (Amerikanın səsi)

pia.az


Etiket: ABŞ Ruhani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar