Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı məhkəməyə verib

Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, iddiaçı böhtanın ictimai təkzibini və kompensasiya tələb edir. Amma hələlik hansı təkzibdən söhbət getdiyi məlum deyil.

Maraqlıdır ki, dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Robert Köçəryanla bağlı öz bəyanatında bəzi dəyişikliklər edib və bunu danışıqda tələsməklə əsaslandırıb.

“İzah etmək istəyirəm ki, mətbuat konfransı zamanı mən altı milyon dollar məbləğində rüşvət haqda bəyan etdim. Bu, danışıqda tələsmənin nəticəsi idi. Bu rüşvət deyil, amma cinayətkar yolla alınmış puldur”, – Vanetsyan bildirib.

Qeyd edək ki, söhbət MTX direktorunun mətbuat konfransında səsləndirdiyi bəyanatdan gedir. A.Vanetsyan həmin bəyanatında iddia etmişdi ki, Robert Köçəryan “Konqress” mehmanxanasını 6 milyon dollar məbləğində rüşvət əvəzinə əldə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar