Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: "Ermənistan rəhbərliyi danışıqlara hazır deyil"

"Yeni hakimiyyətin səriştəsiz siyasəti Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq"

Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbir böyük hadisədir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, parlamentin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda müxtəlif dövlət və beynəlxalq təşkilatların 40-a yaxın nümayəndəsi çıxış etdi, amma tədbirdə ən yaddaqalan çıxış Azərbaycan Prezidenti İlham Əliyevin nitqi oldu:

"Cənab Prezident çıxışında Azərbaycan parlamentinin tarixi, müasir inkişafımız barədə danışdı. Dövlət başçısı Milli Məclisin fəaliyyətindən razılıq etdi, beynəlxalq arenada Azərbaycanın milli dəyərlərinin qorunduğunu bildirdi. İkinci ən mühüm məsələ cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri oldu. Ali Baş Komandan bildirdi ki, biz münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin tərəflər bir-birinə adekvat yanaşmalı olsa da, qarşı tərəf qeyri-adekvatdır. Yəni səriştəsiz, küçə dalğası ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyi danışıqlara hazır deyil və buna görə də məsuliyyət Ermənistanın üzərinə düşür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Heç şübhəsiz ki, Paşinyan hakimiyyətinin səriştəsiz siyasəti Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Dövlət başçısı bir daha Azərbaycan Ordusunun gücündən, silahlı qüvvələrimizin hər an torpaqlarımızı azad etməyə hazır olmasından danışdı və bildirdi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Dövlət başçısı, həmçinin Azərbaycanın müstəqil siyasət yeritdiyini, iqtisadiyyatının gücləndiyini bir daha bəyan etdi".

T.Kərimıli bildirib ki, iclasda iştirak edən əksər xarici dövlət nümayəndələri çıxışlarında Azərbaycan Prezidentinin nitqinə istinad etdilər: "Ən diqqət çəkən məqamlardan biri də iclasda Türkiyə Böyük Millət Məclisi sədrinin çıxışı oldu. O, çıxışında bildirdi ki, Azərbaycana soyuq dəyərsə, biz xəstələnərik".

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar