Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Paşinyanla Sarqsyanın pərdəarxası döyüşü olacaq

Bu gün Ermənistanda İrəvan meri seçkilərinin keçirilməsi nəzərdə tutulur

Bu seçkilərdə əsas rəqabətin Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyunyan arasında keçəcəyi ehtimal olunur.

Bu barədə Axar.az-a açıqlama verən politoloq Ehtiram Aşırlı bildirib ki, Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksəkdir. Belə ki, Zöhrabyan Ermənistanda populyardır:

"O, ölkədəki reytinqinə görə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyur. Bundan əlavə, N.Zöhrabyan Post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan "Sasna Çrer" silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb. O, həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib. Son olaraq, onun Hayk Marutyunyanın bu seçkiləri "ağ" və "qara"ların mübarizəsi" adlandırmasını ilk tənqid edənlərdən biri olması nüfuzuna müsbət təsir edib".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Politoloqun fikrincə, N.Zöhrabyan siyasi təcrübə baxımından da rəqibini üstələyir:

"Ondan fərqli olaraq, Hayk Marutyunyanın siyasi təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Lakin onun seçkilərdəki üstünlüyü "məxməri inqilabı"nı qələbə ilə başa vuran və hazırda Ermənistan baş naziri olan Nikol Paşinyanın ona dəstək verərək seçki kampaniyalarında çıxış etməsidir. Bu da öz növbəsində N.Paşinyanı dəstəkləyənlərin H.Marutyunyana səs verəcəyi deməkdir. H.Marutyunyan Ermənistanda tanınmış aktyordur və tanınır. Ancaq bu ona N.Zöhrabyana qalib gəlməsi üçün kifayət etmir".

E.Aşırlı vurğulayıb ki, Ermənistan Respublikaçılar Partiyasının bu seçkilərdə namizəd irəli sürməməsi vacib məqamdır:

"Ancaq Respublikaçılar Partiyasının Çiçəklənən Ermənistanın namizədini dəstəkləyəcəyini ehtimal etmək olar. Çünki bu yaxınlarda erməni iş adamı Qagik Çarukyan ilə eks-prezident Serj Sarqsyan arasında görüş baş tutmuşdu və görüşdə Respublikaçılar Partiyasının N.Zöhrabyanı dəstəkləməsu barədə gizli bir razılığa gəlindiyini ehtimal etmək mümkündür. Dairə və məntəqələrdə Respublikaçılar Partiyasının nümayəndələrinin sədr kimi çoxluq təşkil etdiyini nəzərə alsaq, bu dəstək həlledici ola bilər".

Politoloqun sözlərinə görə, bu, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ilk seçkisidir:

"Doğrudur, Paşinyan namizəd irəli sürmədi, ancaq Marutyunyanı açıq şəkildə dəstəklədi və hətta seçki kampaniyasına qatıldı. Buna görə də Paşinyan Marutyunyanın qalib gəlməsi üçün hər şey edəcək. Bu, həm də onun imicidir, çünki mer seçkisini uduzması Paşinyanın aldığı ilk açıq zərbə olacaq. Belə görünür ki, bu gün çox ciddi mübarizənin şahidi ola bilərik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar