Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus Azərbycanla küsülülük üzərində münasibətlər qurmur

“Kənar müşahidəçi kimi mənim üçün Azərbaycanın hansı struktura daxil olmasını məsləhət görmək çətindir. Düşünürəm ki, özünüz baş çıxarıb bu və ya digər təşkilata üzvlükdən əldə edəcəyiniz riskləri və mənfəəti qiymətləndirə bilərsiniz”

Bu fikirləri Azərbaycanın KTMT-yə və Şanxay Əməkdaşlıq Təşkilatına mümkün üzvlüyünü şərh edərkən Belarus parlamentinin deputatı Valeri Borodenya virtualaz.org-a bildirib.

Bununla birlikdə, Borodenyanın fikrincə, müasir dünyada qapanmaqdansa açılmaq yaxşıdır, inteqrasiya prosesləri isə məhz ölkələrin açılmasına xidmət edir. İstənilən halda, Azərbaycan özünün suveren seçimini etməlidir.

Belaruslu ekspert hesab edir ki, Ermənistan, əlbəttə, Azərbaycanın KTMT-yə üzvlüyünə veto qoya bilər, lakin bu ona heç nə verməyəcək.

Valeri Borodenya

“Ölkələrin ümumi dil tapması zəruridir, KTMT isə məhz Bakı ilə Yerevanın ortaq kəsişmə nöqtələri tapması üçün meydança ola bilər. Xarici əlaqələrin inkarı yaxşı heç nə vəd etmir, bir-birinə doğru hərəkət etmək, ümumi dil tapmaq lazımdır. Axı AzərbaycanErmənistan MDB PA-da bir-biri ilə gözəl münasibətlər qururlar, mən orada görməmişəm ki, bu ölkələr bir-birini sərt şəkildə əngəlləsin, hətta birgə işləyirlər. Birləşdirən dəyərlər üzərində işləmək lazımdır, ayıran yox.

Bizdə də çoxları deyir ki, Rusiya ilə inteqrasiya proseslərinə gedərək Belarus guya suverenliyini itirir. Eyni zamanda, siz bizim prezidentin kiməsə Belarusun maraqlarını güzəştə getdiyini görmüsünüzmü? Hər şey ölkələrdən və onların hansı siyasəti aparmasından asılıdır. Azərbaycan özünə yetərli ölkədir və özünü tamamilə qoruya bilər”, - V.Borodenya əminliyini bildirib.

O ki qaldı Bakıya silah satışı ilə bağlı Ermənistanın narazılığına, belaruslu deputat vurğulayır ki, Minsk öz siyasətini praqmatizm prinsipləri əsasında qurur.

“Bizim üçün Azərbaycana silah satışı sərfəlidir və biz bundan mənfəət götürürük. Siyasəti küskünlük üzərində qurmaq olmaz. Bəli, biz Yerevanla bir bloka daxilik, lakin Bakı da bizim üçün qiymətli tərəfdaşdır. Belarus özünün bütün tərəfdaşlarının maraqlarını nəzərə alır”, - Borodenya bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar