Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Florens” qasırğası ABŞ-a 50 milyard dollara yaxın zərər vurub

“Florens” qasırğasının ABŞ-a vurduğu iqtisadi zərər 38 milyard dollardan 50 milyard dollara qədərdir

“Wall Street Journal” nəşri bu barədə “Moody's Analytics” agentliyinin hesablamalarına əsasən məlumat yayıb. Söhbət daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən zərərdən gedir. Həmçinin yerli müəssisələrin gəlir əldə edə bilməməsi də buraya daxildir. Qasırğadan sonra sığorta kompaniyaları 1,7 milyard dollardan 5 milyard dollara qədər ümumi ödəniş ediblər.

Beləliklə, “Florens” ABŞ tarixində ən dağıdıcı qasırğalar siyahısında yeddinci yeri tutub. Ölkəyə ən çox zərər (133,5 milyard dollar) 2017-ci ilin avqust ayında Texas ştatında tüğyan edən “Harvi” qasırğası nəticəsində dəyib. Onun ardınca isə “Mariya” (120 milyard dollar) və “İrma” (84,2 milyard dollar) qasırğaları gəlir.

Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri “Florens” qasırğasının təsirinə məruz qalıb. Qasırğanın gətirdiyi güclü yağıntılar Virciniya, Şimali və Cənubi Karolina ştatlarının böyük hissəsinin su altında qalması ilə nəticələnib. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 41 nəfər həlak olub.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar