Tanzaniyanın Viktoriya gölündə bərə qəzasında ölənlərin sayı artıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, son rəqəmlərə görə ölənlərin sayı 136-ya çatıb.
Qeyd edək ki, daha əvvəl bərə qəzasında 86 nəfərin batdığı açıqlanmışdı.
Xatırladaq ki, insident ötən gün baş verib. Bərənin göyərtəsində 300-dən çox sərnişinin olduğu bildirilir.
pia.az