Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Küveyt parlamentinin sədri: "Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq"

"Azərbaycan xalqını parlamentin yaradılmasının 100 illiyi münasibətilə Küveyt xalqı adından səmimi qəlbdən təbrik edirəm"

"Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib".

Bu sözləri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim bildirib.

“Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq”-deyən, Küveyt Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub,ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var.

“Biz həssas və müstəsna coğrafi mövqeyə malik, Şərq ilə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycan kimi mühüm ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq.

Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir. Hər şeydən öncə Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir. Sevindirici haldır ki, keçən il Azərbaycana 20 min küveytli səfər edib.

Lakin biz bu rəqəmin iki dəfə artırılması əzmindəyik.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu, iki ölkə arasında ticarət dövriyyəsinə və investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Eyni zamanda, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi əzmindəyik.

Həmçinin gənclər və idman sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq”, - deyə Küveyt Millət Məclisinin sədri vurğulayıb.

O qeyd edib ki, Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İstər beynəlxalq parlament təşkilatları çərçivəsində, istərsə də parlamentlərarası dostluq qrupları müstəvisində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. (oxu.az)

pia.az


Etiket: Küveyt

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar