Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq maliyyə naziri: “Banklar özləri özlərini acınacaqlı vəziyyətə salıblar”

Azərbaycan banklarının günü-gündən kasıblanmasının səbəbi nədir?

“Milli valyutamızın kifayət qədər möhkəm olduğu dönəmlərdə banklar əldə etdikləri ucuz xarici valyuta resurslarını istehlak kreditləri kimi yüksək faizlərlə yerləşdirməklə onlar özlərini acınacaqlı vəziyyətə saldılar”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov Azərbaycan banklarının günü-gündən kasıblanmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün işləyən hər bir Azərbaycan vətəndaşı banklardan kredit götürmək imkanına malik deyil. Səbəb isə birdir. Azərbaycan bankları kreditləri olduqca yüksək faizlə verir. Təsadüfi deyil ki, dünyada ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı çəkilir. Belə ki, normal inkişaf etmiş ölkələrdə kreditlər illik 5-10 faizlə verildiyi halda, Azərbaycanda bu göstərici hətta 30 faizə çatır. Düzdür, ölkədə 4-8 faizlə ipoteka və sahibkarlıq üçün güzəştli kreditlər verilir. Amma əhalinin daha çox istifadə etdiyi istehlak kreditləridir və onlar illik 22-30 faizlə ayrılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bir maraq doğuran məsələ də odur ki, dünya bank sitemində kreditlər 3-4% olduğu halda banklar çiçəklənir, Azərbaycanda isə kreditlər 28-30% həcmində verilsə də, banklar kasıblayır. Hətta qonşu Gürcüstan və Ermənistanda banklar Azərbaycandakı kimi böhran yaşamırlar.

Bu qədər yüksək faizlə kredit verməsinə baxmayaraq Azərbaycan banklarının günü-gündən kasıblanmasının səbəbini nəylə izah etmək olar? Həmçinin Azərbaycanda Mərkəzi Bank tərəfindən kredit faizlərinin aşağı salınması və kredit alınmasının asanlaşdırılması manata və maliyyə bazarına necə təsir edə bilər?

Bu suallarla PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Bütün çağırışlara baxmayaraq asan yolla daha çox qazanc əldə etmək hərisliyi bu gün ölkənin əksər banklarını ağır vəziyyətə salıb”.

Bu gün banklar bir neçə il öncə ölkə Prezidentinin onlara etdiyi çağırışlardan nəticə çıxara bilməməyinin bədəlini ödədiklərini vurğulayan Fikrət Yusifova bildirib ki, ötən dövrdə 11 bank bağlanıb, bir o qədər bank da bu həddə gəlib çatıb və hələ bu da son deyil. Heç şübhə etmirəm ki, lombard fəaliyyəti prinsiplərinə söykənərək fəaliyyət göstərmiş digər bankları da eyni aqibət gözləyir:

“Hər bir özəl qurum kimi banklar da öz fəaliyyətini qanunla müəyyən olunmuş qaydalar çərçivəsində müstəqil müəyyən edirlər. Təbii ki, istənilən özəl qurumun müəyyən etdiyi fəaliyyət strategiyasının kökündə mənfəət qazanmaq dayanır. Lakin bu sahədə əsaslı uğur qazanmaq üçün hər bir müəssisə sahibi həm yaxın və həm də uzaq perspektivdə müəssisəsini nələrin gözlədiyini proqnozlaşdırmağı bacarmalıdı. Bu olmadıqda, az vaxt ərzində əldə edilmiş uğurlar asanlıqla uğursuzluğa çevrilə bilər.

Son illər ərzində öz fəaliyyətini uzağı görmədən qurmuş əksər banklarımız da beləcə uğursuzluğa düçar oldular. Milli valyutamızın kifayət qədər möhkəm olduğu dönəmlərdə əldə etdikləri ucuz xarici valyuta resurslarını istehlak kreditləri kimi yüksək faizlərlə yerləşdirməklə onlar özlərini acınacaqlı vəziyyətə saldılar. Bu yanlış yol idi. Onları bu yanlış yoldan çəkindirmək üçün nə qədər cəhdlər edilsə də, bunun heç bir nəticəsi olmadı. İş o yerə gəlib çatdı ki, ölkə prezidenti bir neçə dəfə banklara çox ciddi çağırışlar etdi.

Hələ 2015-ci ilin yanvar ayında – manatın kəskin devalvasiyasından öncə ölkə Prezidenti toplantıların birində bankları iqtisadiyyata üz tutmağa səsləyərək belə demişdi: “Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olubdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir”.

Fikrət Yusifov: “Qlobal iqtisadi böhrandan sonra hökumətin yenidən sürətli iqtisadi inkişaf yolunu seçdiyi bir dönəmdə banklar nəhayət ki, gözlərini açıb, üzlərini iqtisadiyyata, onun real sektoruna çevirməlidirlər”.

Təəssüf ki, banklar Prezidentin etdiyi bu çağırışından heç bir nəticə çıxarmadılar, əksinə onların “fəallığı”nın kökündə istehlakçılara yüksək faizlərlə, əsasən xarici valyutada kreditlər verməklə, daha çox qazanc əldə etmək hərisliyi dayandı və bu hərislik sonda bugünkü acınacaqlı vəziyyəti yaratdı. Heç şübhə etmirəm ki, əgər başqa bir səbəblər üzündən bir neçə bank belə duruma düşsəydi, onda dövlət həmin bankların sağlamlaşdırılması üçün müvafiq tədbirlər görər və öz ehtiyatlarından onların sağlamlaşdırılmasına vəsait ayırardı.

Ancaq nə yazıq ki, bütün çağırışlara baxmayaraq asan yolla daha çox qazanc əldə etmək hərisliyi bu gün ölkənin əksər banklarını ağır vəziyyətə saldı. Vəziyyəti çox düzgün qiymətləndirən ölkə başçısı 2017-ci ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bankların yarıtmaz, səbatsız fəaliyyətinə çox haqlı olaraq belə qiymət verdi: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

##relatedPostMilli##

Bu gün banklar bir neçə il öncə ölkə Prezidentinin onlara etdiyi çağırışlardan nəticə çıxara bilməməyin bədəlini ödəyirlər. Ötən dövrdə 11 bank bağlanıb, bir o qədər bank da bu həddə gəlib çatıb və hələ bu da son deyil. Heç şübhə etmirəm ki, lombard fəaliyyəti prinsiplərinə söykənərək fəaliyyət göstərmiş digər bankları da eyni aqibət gözləyir. Heç kim onları xarici valyutada əldə etdikləri ucuz kredit resurslarını yüksək faizlərlə istehlak kreditləri şəkilində yerləşdirməyə məcbur edə bilməzdi.

Qlobal iqtisadi böhrandan sonra hökumətin yenidən sürətli iqtisadi inkişaf yolunu seçdiyi bir dönəmdə banklar nəhayət ki, gözlərini açıb, üzlərini iqtisadiyyata, onun real sektoruna çevirməlidirlər. Bunun həm iqtisadiyyat və həm də banklar üçün alternativi yoxdur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar